Nura Suri: “… öz zəhərinizdə gəbərəcəksiniz”
“Son zamanlar cəmiyyətdə baş verən hadisələr əsl faciədir. Bunu dərk edin”.
Bu sözlər müğənni Nura Suriyə aiddir. Nura baş verən hadisələrə münasibət bildirib, qəzəbini gizlətməyib.
Məktəbli qızın intiharı barəsində danışan müğənni, onun ölümündə cəmiyyəti günahlandırıb: “13 yaşlı qızın ölümündə cəmiyyət günahkardır. Necə belə rahat yaşaya bilirsiniz? Niyə burnunuzu onun-bunun həyatına soxursunuz? Niyə hər məsələdə hamıya irad bildirirsiniz? Kim necə geyinir, kiminlə görüşür, necə yaşayır sizə nə?
Sizin tərbiyə verdiyiniz övladlarınız sizdən də qəddar və paxıldırlar. Gələcəkdə sizə qarşı da qəddar olacaqlar. Artıq insanlıq qalmayıb. Bəsdirin, insanları intihara sürüklədiniz. İçiniz zəhərlə doludur. Bu həyatda da olmasa, o biri dünyada öz zəhərinizdə gəbərəcəksiniz.
Ölkədə müzakirə olunacaq yetərincə mövzu, fəxr olunası vətəndaşlarımız var. Niyə axı bunları görmürsünüz, tanımırsınız? İçinizdəki zibili şərhlərə tökürsünüz, yazdıqlarınız qəlbinizin, beyninizin çirkabla dolu olduğunu sübut edir.
İnsanlara yaşamağa mane olursunuz. Ölkəni sizin kimilərinin əlindən tərk edib gedənlərin sayı günbəgün artır. Gedə bilməyənlər isə ucbatınızdan intihar edir. Anar Nağılbazı da siz öldürdünüz. Cəzasız qalmayacaqsınız. Etdiklərinizin cavabını ikiqat alacaqsınız. Bəzi aparıcılar müğənniləri hörmətsizləşdirməkdə nə məqsəd güdür? Bəzi səhifə işlədənlər və saytlar da həmçinin…
Səviyyəsizliyi təbliğ etməkdə məqsədiniz nədir?
Ölkə başçısı və xanımı müğənnilərə, sənət adamlarına fəxri adlar verir, diqqət və dəyər göstərir. Siz niyə əksini edirsiniz? Azərbaycan konstitusiyasını oxuyun. Qanunla Azərbaycan vətəndaşlarının şəxsi toxunulmazlığından xəbəriniz olsun! Bazar ertəsi hüquqşünasım bütün qanunları yazılı şəkildə göndərəcək, saytımda və səhifələrimdə dərc edəcəm. Hər kəs bu qanunları bilsin və özünü müdafiə etsin! Qanunlara əməl etməyənlərin də cəza almasını tələb edin! Bu, bizim hüququmuzdur.
Arxamca kimlər nə planlar qurur, nə danışır hamısından xəbərim var. Kimlərə zəng edib, nə xahiş edirsiniz, nə tələlər qurursunuz… Aranızda müxbirlər, aparıcılar, müğənnilər də var – hamısı da dırnaq arası… Dabanımın bildiyini, təpəniz dərk edə bilməz. Özünüzə sənət tapın”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-04-2019, 15:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-04-2019, 15:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52