reklam
Regionxeberlericom.az » Mədəniyyət » Afət Fərmanqızı gündəmdə qalmağın yolunu tapıb

reklam

Afət Fərmanqızı gündəmdə qalmağın yolunu tapıb


Koronavirus təhlükəsi səbəbiylə 14 mart tarixindən etibarən bir ay müddətində Azərbaycanda kütləvi tədbirlərin təxirə salınması qərara alınıb.
Müğənni Afət Fərmanqızının belə həssas məqamda sosial şəbəkədəki hesabında paylaşdığı video səs-küyə səbəb olub. İfaçının Tovuz toyundan paylaşdığı görüntülər izləyicilərin marağına səbəb olub.

Onlar ifaçının görüntülərinə “Toylar ləğv edilib, siz hələ də oxuyursunuz?”, “İcazə yoxdursa, bu oyunu necə çıxarırlar?”, “Qadağa sizə təsir etməyib, deyəsən” kimi rəylər yazıblar.

“Yeni sabah”a danışan A.Fərmanqızı sözügedən çəkilişin köhnə olduğunu bildirib: “Xeyr, toyda olmamışam. O video köhnədir. Mart ayının 12-də Tovuz toyunda idim, orada çəkilib”.

Qeyd edək ki, xanım ifaçının "Xəzər" telekanalının "qara siyahı"sına salındığı iddia edilir. Qadağaya düşən müğənnilər arasında Damla, Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Türkan Vəliyeva və Pərviz Bülbülənin adı var.

Sosial şəbəkə iştirakçıları müğənninin köhnə videoları paylaşmaqla gündəmdə qalmağa çalışdığını iddia ediblər.


Paylaş:


Müəllif : Tarix:
18-03-2020, 14:02
Sikayət   


loading...
Загрузка...