Afaq Bəşirqızının söyüşünə KƏSKİN İRAD: “Güzəşt olmayacaq”
Xəbər verdiyimiz kimi, Xalq artisti Afaq Bəşirqızının Elgiz Əkbərin ARB telekanalında yayımlanan verilişində qeyri-etik ifadələr səsləndirməsi ölkənin əsas gündəm mövzusuna çevrilib.
Yenisabah.az xəbər verir ki, media eksperti, professor Qulu Məhərrəmli vəziyyətə münasibətini bildirib.
O, hesab edir ki, belə xoşagəlməz məsələnin üzərində çox dayanmağa dəyməz: “Milli Teleradio Şurasının ARB-nin yayımını 6 saat dayandırması cəzası doğru qərardır. Amma hesab edirəm ki, çox da ədalətli deyil. Çünki burada çox açıq görünür ki, televiziyanın özünün rolu və günahı kifayət qədər deyil. Hər halda televiziyada işləyən hər kəs bilir ki, efirə gedən səsi 10 saniyə ləngitmək imkanı var. Görünür ki, bu məsələləri gələcəkdə nəzərə almaq lazım olacaq.
Xalq artistinin söyüşlə danışması isə həddən artıq həssas məsələdir, xüsusən tanınan adamların. Odur ki, efirə qoşulanda, yaxud efirdə olarkən davranış və danışıqlarına ciddi diqqət yetirməlidirlər. İstər ictimai fiqur, istərsə də sıradan bir şəxs efirdə və ya mikrofon qarşısında çox hövsələli, səbirli və təmkinli olmalıdır. Söyüş söymək olmaz və bunu hər kəs bilir. Əlbəttə ki, arzuolunmaz hadisədir. MTRŞ-nın da addımları göstərdi ki, belə məsələlərdə güzəşt olmayacaq, prinsipial yanaşılacaq. Odur ki, canlı efirdə çalışan rejissorlar, televiziya prodüserləri bunu nəzərə almalıdır ki, efirimizi nə qədər təmiz saxlasaq, bir o qədər yaxşı olar. Çünki efir nümunə, təbliğat vasitəsidir, nəzərdə tutmaq lazımdır ki, televiziya ictimai tribunadır və burada davranışlar xüsusi çərçivədə olmalıdır”. /Publika.az
Paylaş:
Müəllif : Yazar
Tarix:21-04-2020, 15:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-04-2020, 15:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45