Şou-biznesin məşhur “HƏCİ”ləri — Görün KİMLƏR VAR
Son zamanlar sponsor dedikdə şou biznesdəki sənətçi qadınların məşuqələri - "həci"ləri yada düşür. Hətta iş o yerə çatıb ki, həmin "dini titul sahibləri"ni din adına ləkə hesab edənlər də var və zənnimcə, belə düşünənlər haqlıdırlar. Ancaq o da sirr deyil ki, indiki şou biznesdə "həci"si olmaq gündəmdə olmağın sinonimidir. Bu yolla ən azı bir neçə gün, hətta bəzən bir neçə ay gündəmdə qalmaq mümkündür. Amma elə şou biznesin özündə də yetərincə dini titul daşıyan şəxslər var.
Şou biznesin dini titul daşıyanlarıyla, ümumiləşdirilmiş formada desək, "həci"ləri ilə bağlı kiçik araşdırmanı təqdim edirik. Bəri başdan qeyd edək ki, təqdim edəcəyimiz siyahıda bəzi adlar sizə sürpriz ola bilər
Müğənni Nadir Bayramlı təxminən 10 ildir ibadət edir, həcc ziyarətində olub. Hər halda sənətçinin sanballı davranışı, qalmaqallardan uzaq olması daşıdığı ada xələl gətirmir.
İzzət Bağırov da həcc ziyarəti edən məşhurlardandır. O, bir neçə dəfə Məkkə və Kərbəla şəhərlərinə səfər edib.
Rəqqasə Fatimə Fətəliyeva isə məşədi xanımdır. O, İranda Məşəd ziyarətgahında olub.
Əməkdar artist Zöhrə Abdullayeva da həcc ziyarətində olan məşhurlardandır.
Meyxanaçılar Elşən Xəzər, Aqşin Fateh, Mehman Əhmədli və Ağamirzə də həcc ziyarətində olaraq hacı tituluna yiyələniblər. Hətta Aqşin Fateh təxminən on il toylarda meyxana deməyi, içki məclislərində olmağı haram hesab etdiyi üçün (əslində dində də bel buyrulur-red.) efirdən və məclislərdən uzaqlaşmışdı.
Xalq artisti Məleykə Əsədova, teleaparıcı Nanə Ağamalıyeva və xanəndə Humay Qədimova İranın Məşhəd ziyarətgahına səfər edərək, məşədi adını qazanıblar.
Müğənni Gülay Zeynallı da digər qadın həmkarları kimi məşədi xanımdır.
”Bu şəhərdə”nin aktyorları Coşqun və Rafael də həcc ziyarətində olan məşhurlardandır.
Əməkdar artistlər qarmon ifaçısı Gövhər Rzayeva və müğənni Bəsti Sevdiyeva da həcc ziyarətində olub.
Müğənni-bəstəkar Nazim, müğənni Emil Bədəlov da digər həmkarları kimi həcc ziyarətində olaraq hacı tituluna yiyələniblər. Bundan başqa onlar İraqın Kərbəla şəhərini də ziyarət ediblər.
Aparıcı Nuran Hüseynov müqəddəs Kəbəni ziyarət edənlərdəndir.
Kinorejissor Şeyx Əbdül Mahmudbəyov, Xalq artisti Arif Babayev, Xalq artisti Səkinə İsmayılova da Həcc ziyarətində olublar.
Bəstəkar Vüqar Camalzadə və Xalq artisti Azər Zeynalov da müqəddəs Kəbədə olublar.
Xalq artisti Bilal Əliyev Həcc ziyarətində olub. O, bundan əvvəl də bir neçə dəfə müqəddəs yerləri ziyarət edib.
Əməkdar artistlər Nüşabə Ələsgərli və Mətanət İsgəndərli də Həci xanımdır.
Nüşabə Ələsgərli Məkkə ziyarətində VİDEO » AMİA.az
Paylaş:
Müəllif : Yazar
Tarix:7-05-2020, 11:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-05-2020, 11:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:33
Naxçıvan Səhiyyə Nazirliyində həbslər - Nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir İDDİA
20-11-2024, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
20-11-2024, 11:24
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20-11-2024, 11:20