reklam
Regionxeberlericom.az » Mədəniyyət » “Avroviziya” təmsilçimiz açıq-saçıq rəqsi ilə gündəmdə - VİDEO

reklam

“Avroviziya” təmsilçimiz açıq-saçıq rəqsi ilə gündəmdə - VİDEO


Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci "Avroviziya” beynəlxalq mahnı müsabiqəsində "Miracle” mahnısı ilə təmsil edən müğənni Səmra Rəhimli yeni layihəsi üçün kamera önünə keçib.

regionxeberlericom.az 7News.Az-a istinadən xəbər verir ki, klip çəkilişlərinə başlayan ifaçı xarici mahnı sədaları altında ehtiraslı rəqsi ilə diqqət çəkib.

Açıq-saçıq kamuflyaj kostyumda, qeyri-adi saç düzümü və alnına çəkdirdiyi böyük göz işarəsi ilə özünü videoya çəkən Səmra görüntülərini sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Səmranın imic dəyişimi üzərində məşhur stilist və vizajist Elnur Həsənov çalışıb.

S.Rəhimlinin "Parlayıram brilyant kimi, qururam pis plan” şərhi ilə paylaşdığı video sosial media əhlinin qəzəbinə tuş gəlib.

Onlar "Şeytana oxşayırsan”, "Özünü Cardi Bi-yə oxşadırsan?”, "Necə də seksualsan”, "Baş gedib. Bədən qalıb yiyəsiz” kimi rəylərlə müğənnini şərh yağışına tutublar.

S.Rəhimli yazılan mənfi rəylərə heç bir reaksiya verməyib.



Paylaş:


Müəllif : Tarix:
16-05-2020, 14:33
Sikayət   


loading...
Загрузка...