reklam
Regionxeberlericom.az » Mədəniyyət » Qalkin Puqaçova ilə bağlı iddialara cavab verdi - Video

reklam

Qalkin Puqaçova ilə bağlı iddialara cavab verdi - Video


Rusiyalı parodiyaçı və şoumen Maksim Qalkin həyat yoldaşı, SSRİ Xalq artisti Alla Puqaçovanın koronavirus pandemiyası fonunda dövlətdən maddi yardım almaq üçün müraciət etməsi ilə bağlı yayılan məlumatı təkzib edib.

“Alla pandemiya ilə əlaqədar dövlətdən maddi yardım almaq üçün heç bir ərizə verməyib. Siz, yəqin ki, təxmin edirsiniz ki, biz bir az pul yığmışıq və pandemiya vaxtı işsiz oturmağı özümüzə rəva görə bilərik. Bundan başqa, kimin belə imkanı yoxdursa, onlara kömək etməyə çalışırıq”, - yumorist deyib.

Qeyd edək ki, bəzi Rusiya KİV-lərində A.Puqaçovanın dövlətdən maddi yardım almaq üçün müraciət etməsi barədə xəbərlər yayılmışdı.



Paylaş:


Müəllif : Tarix:
12-06-2020, 08:55
Sikayət   


loading...
Загрузка...