“Səs Uşaqlar” final etməmiş “Səs Azərbaycan”da seçimlər başladı

Bir neçə gün bundan əvvəl İctimai Televiziyanın efirində məşhur “The Voice” müsabiqəsinin böyüklər versiyasının anonsları təqdim olunub. “Səs Uşaqlar”ın hələ finalı olmamış “Səs Azərbaycan” artıq seçimlərə start verib.
Belə ki, Xalq artisti Zülfiyyə Xanbabayeva, müğənnilər Murad Arif və Çingiz Mustafayevin münsif olduğu layihənin finalının apreldə canlı yayımlanması nəzərdə tutulsa da sosial izolyasiya tədbirləri ilə bağlı dəyişdirilib və hələ də reallaşmayıb.
.png)
Bundan əlavə, uşaqlardan fərqli olaraq, böyüklər üçün nəzərdə tutulan şouda eyni münsiflərin olub-olmaması sual altındadır. Çünki anonsların yayılmasına baxmayaraq, yayım hüququ olan kanal sənətçilərə heç bir məlumat verməyib.
Eyni zamanda, üç məşhurun yerində qaldığı halda, layihə rəhbərləri onların yanına 4-cü bir məşhur simanı cəlb etmək niyyətindədir.
Həmçinin ehtimal olunur ki, İTV ilə yollarını ayıran aparıcı Leyla Quliyeva “Səs Azərbaycan”ın efirində görünməyəcək.
İTV-dən “Qafqazinfo”ya bildirilib ki, münsif və aparıcı seçimi barədə hələlik bir məlumat yoxdur.
Yekun qərar isə gələn həftə məlum olacaq.

Paylaş:
Müəllif : Fuad
Tarix:12-06-2020, 11:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-06-2020, 11:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 13:07
20-02-2025, 14:36
20-02-2025, 10:45

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…