reklam
Regionxeberlericom.az » Mədəniyyət » “Evdə qal” deyib karantini pozan məşhurlar... - Fotolar

reklam

“Evdə qal” deyib karantini pozan məşhurlar... - Fotolar


Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə bir sıra məhdudiyyətlər tətbiq olunsa da, bəzi məşhur simalar, xüsusən də şou-biznes nümayəndələri buna əməl etmir.
İndiyədək sosial məsafə əməl etmədən, qadağan olunduğu halda müxtəlif məclislər keçirən şou-biznes nümayəndələrinə rast gəlinib. Bəzilər bunu sosial şəbəkə hesabında çəkinmədən paylaşıb, geniş rezonans doğurduqdan sonra isə siliblər.
Məlum olduğu kimi, rayonlara gediş-gəliş məhdudlaşdırılıb, ölkə sərhədləri isə qapadılıb. Bakı qeydiyyatında olanlar bölgələrə ancaq xüsusi icazə vasitəsilə buraxılır ki, sui-istifadəyə yol verilməsin deyə, buna da müəyyən məhdudiyyətlər qoyulub. Ölkə xaricinə isə çıxmaq əvvəlki kimi asan başa gəlmir. Bunun üçün əvvəlcədən təyin olunmuş xüsusi çarter reysinə bilet almalı, 48 saat əvvəl Covid-19 testin keçməlisən.
Ötən gün isə Prezident köməkçisi Hikmət Hacıyev vətəndaşlara çağırış edərək, onları zərurət olmadığı halda xarici səfərlərdən çəkinməyə çağırıb. Hər halda bu reyslərin səyahət məqsədi üçün təşkil olunmadığı aydın məsələdir.
Buna baxmayaraq, şou-biznes nümayəndələri arasında həm rayonlara, həm də xarici səfərlərə üz tutan kifayət qədər tanınmışlar var. Onlar səfərlərindən çəkilmiş fotoları sosial şəbəkə hesabında paylaşırlar, bu da istər-istəməz sərtləşdirimiş karantin rejiminə görə "evdə qal" çağırışına əməl edən siravi vətəndaşlarda qıcıq yaradır.
Məsələn, "Xəzər TV"-də aparıcılıq edən, prodüsser Tarix Əliyev hazırda İstanbuldadır.

Xalq artisti Miri Yusif də xüsusi açılmış Bakı-İstanbul-Bakı reysindən faydalanaraq istirahətə yollanıb. 
O, ailəsi ilə birə Türkiyəyə yola düşüb. Sənətçi İstanbuldan İzmirə gedib, istirahət üçün turizm bölgəsi olan Kuşadasına üz tutub. 

Müğənni Gülay Zeynallı də istirahət üçün Bakını tərk edib. O, ailə üzvləri ilə birgə Şamaxıda dincəlir.

Buna qədər isə Manaf Ağayev 10 nəfərin bir yerə toplaşması ilə bağlı qadağanı pozaraq iftar sürfəsi təşkil etmişdi. Bundan başqa, o, bir sıra məşhurların iştirakı ilə bağ evində qonaqlıq təşkil etməsi ilə gündəmə gəlmişdi.

Rəqqasə Renka da (Rəna Ağamuradova) karantin qaydalarını pozan şou-biznes nümayəndələri arasındadır. O, restoranların birində ad günü tədbirinə qatılmış, buna görə obyekt sahibi və məclisin 11 iştirakçıları cərimələnmişdi.

Aparıcı-aktrisa Mələk Heydərova isə "Fairmont Baku"da istirahəti ilə gündəmə gəlmişdi. O, buna görə çalışdığı "Baku TV" kanalından işdən çıxarılıb.

Müğənni Nəfəs Binəqədi rayonu Abay Kunanbayev küçəsi “Bolluq” bazarının yanında qanunsuz olaraq müştərilərə yerində xidmət göstərən paltar mağazasında olduğu üçün cərimələnib.

Bayram Nurlu isə Qəbələ rayonundakı istirahət mərkəzlərindən birində tibbi maskadan istifadə etmədən və sosial məsafə saxlamadan xüsusi karantin rejiminin tələblərini pozaraq rəqs etmiş, buna görə polis şöbəsinə dəvət edilərək cərimələnmişdi. 

Müğənni Kərim Abbasov isə Novxanıda yerləşən "Resttime" restoranının müştəriləri üçün səhnəyə çıxmışdı. Bunu təsdiqləyən görüntüləri ifaçı şəxsi instaqram hesabında paylaşsa da, sonradan silmişdi. 

 


Paylaş:


Müəllif : Tarix:
11-07-2020, 23:22
Sikayət   


loading...
Загрузка...