Günay İbrahimli SİRLƏRİNİ AÇDI: “Kişinin gərək qarnını doyurasan ki...” - MÜSAHİBƏ
Tanınmış müğənni Günay İbrahimli "Mücrü" rubrikasının zinət əşyaları və qadın gözəlliyi haqqında ənənəvi suallarını cavablandırıb.
Ulduzun Publika.az-a verdiyi müsahibəni təqdim edirik.
- Artıq uzun illərdir şahidi oluruq ki, aksessuarlarınız orijinallığı və fərqliliyi ilə seçilir. Maraqlıdır ki, zinət əşyası və ya aksessuar seçərkən əsas nələrə diqqət edirsiniz?
- Ümumiyyətlə, obrazın uğurlu alınmasında bütün detallar vacibdir, makiyajdan, manikürdən, saçdan tutmuş, bəzək əşyalarına qədər. Təkcə gözəl geyimlə güclü təəssürat oyada və yadda qala bilməzsən. Zövqümə və getdiyim məkana uyğun bəzəklər seçirəm. Sözsüz ki, onların geyimlə uyğun olması əsas şərtdir. Məsələn, adi bir yaxa sancağı ilə bütün geyimin əhvalını dəyişə bilərsiniz. Yeri gəlmişkən, broşları çox sevirəm.
- Aksessuarlarınzın hamısı qiymətlidir?
- Keyfiyyəti məni razı salmalıdır, qızıl olmasa da olar. Aksessuarlarım arasında ucuzu da, bahalısı da var. Elə bir zinət əşyası ola bilər ki, çox baha olsa da, nə yaşıma, nə də paltarıma yaraşmaz. Bəzək əşyalarını bahalığı ilə ölçmək doğru deyil, o qədər qiymətli, amma zövqsüz zərgərlik nümunələri də var ki.
- Günümüzün qadınları yaşlı görünməmək üçün bir çox gözəllik fəndinə əl atır. Siz bunun üçün nələr edirsiniz?
- Az makiyajda və idman ayaqqabılarında yaşım az görünür. Ağır makiyajda, təmtəraqlı səhnə kostyumunda, klassik geyimdə və ya hündürdaban ayaqqabıda, əlbəttə ki, 5 yaş daha yaşlı görünürəm. Bu faktı etiraf edirəm və bu, bütün xanımlarda belədir. Hər bir qadının makiyajsız və özünəməxsus təbii gözəlliyi, maraqlı üz cizgiləri və üz ifadəsi var. Birinin baxışı, birinin dodağı, digərinin burnu qüsursuz olur. Yaşlı və ya cavan görünmək qadının özündən asılıdır. Dəfələrlə olub ki, tədbirlərdə yaşımı daha böyük göstərən obrazlar yaratmışam.
- Bəs qadını yaşlı göstərən aksessuar hansıdır?
- Məncə, obodok.
- Stil və moda baxımdan digər sənət nümayəndələrinə bənzəməmək üçün nə edirsiniz?
- Sənət fəaliyyətim 14 ilə yaxındır. Bu illər ərzində müxtəlif stilislərlə iş birliyim olub. Onlarla işlədikcə öz zövqüm də püxtələşib. Artıq çox rahatlıqla maraqlı dəstlər hazırlaya bilirəm. Son bir neçə ildir ki, klip və fotosessiylardakı obrazların çoxu mənə aiddir. Həmçinin dostlarımla məsləhətləşirəm.
Gələcəkdə şəxsi brendimi yaratmaq istərdim. Bilirəm ki, bu arzu nə zamansa reallığa çevriləcək.
- Özəl zinət əşyanız varmı ki, ona baxanda keçmiş xatirələr yada düşür?
- Uşaq vaxtı nənəmin aldığı sırğalar... Yəqin ki, qulaq deşilmə mərasimi xanımların gözəlləşmək yolunda atılan ən unudulmaz addımlarıdır. İlk sırğalarım nənəmin hədiyyələri idi. Hər dəfə o sırğaya baxanda özümün çoxdan unutduğum xatirələr dirilməyə başlayır. Qulağım deşiləndə təzə dil açırdım, çox uşaq idim. O sırğaları hələ də göz bəbəyi kimi qoruyuram. Onlar məni keçmişə aparır...
- Zinət əşyalarının irsən ötürülməsinə necə baxırsınız?
- Çox gözəl, ilbəil dəyəri artır, mənəvi yükü çoxalır. Anam və ya nənəmdən illərlə qorunub saxlanılan hər hansı zinət əşyası miras qalsa, ömür boyu saxlayaram.
- Bahalı daş-qaşların müalicəvi təsirinə inananlardansınız?
- Əslində inanmıram, heç yoxlamamışam da.
- Bəs elə bir talismanınız varmı ki, sizə uğur gətirdiyini düşünür və bu səbəbdən də üzərinizdən çıxarmaq istəmirsiniz?
- Üzərində gözmuncuğu olan bir bilərziyim var idi. Əlimdən düşüb paramparça oldu. Bu hadisədən sonra heç aksessuara bağlanmamışam, boş vermişəm.
- Ən bahalı və ən ucuz bəzək əşyanızın qiymətini deməyə cəsarətiniz çatar?
- Sadəcə zərgərlik evlərinin adları ilə kifayətlənim. Məsələn, "Rolex", "Van Cleef", "Tiffany & Co" kimi markalardan bir neçə zərgərlik nümunəsi almışam. Bu markaların məhsullarına pul xərcləməyə xəsislik etmirəm. Xərcləmişəm də. Onların məhsulları heç vaxt dəbdən düşmür, bütün dövrlərdə rahatlıqla taxmaq olmar.
- Bionergetiklər düşünür ki, ləl-cəvahirat pulla eyni enerjiyə malikdir. Kim daha çox qızıl-brilyant arzu edirsə, onlar o adama da qismət olur.
- Düzünə qalsa, qızıl itirənəm. Çox qızıllarım olub, çıxarıb harasa qoyuram, sonra da unuduram. Artıq bilirəm ki, mənə qızıl düşmür, üzük çox itirmişəm. Doğum günlərdə və bayramlarda adətən yaxınlarım mənə qızıl-brilliant hədiyyə edir.
- Qızıllardan və brilyantlardan söz düşmüşkən, Merilin Monronun "Qızların ən yaxşı rəfiqələri brilyantlardır" ifadəsini xatırlamasaq, olmaz. Sarışın aktrisanın bu sözləri ilə həmfikirsiniz?
- Məncə, qadınlar qızıl-brilyantdan çox, ayaqqabı və çanta dəlisidir.
- Kişinin qəlbinə gedən yol mədəsindən keçir. Bəs qadın qəlbinə gedən yol haradan keçir? Burada bahalı zinət əşyasının payı ola bilərmi?
- O düzdür, kişi ac olanda çox əsəbi olur, söz demək istəyirsənsə, gərək qarnını doyurasan. Bahalı hədiyyələri də bütün qadınlar sevir. Qiymətli hədiyyəni sevmədiyini deyən xanımın səmimiliyinə heç vaxt inanmayın. Özünü sevən insan özünə hər şeyin ən yaxşısını layiq bilir.
- İmkanlı bir kişi Günay İbrahimlini bahalı hədiyyələrlə tovlaya bilər?
- Yox, yox və yenə də yox. Kişini sevgilisinin gözündə qiymətli edən müsbət keyfiyyətləridir. Bahalı hədiyyələr sonrakı mərhələdir. Sevgini qazanmaq qızıl-brilyantla olsaydı, nə var idi ki.
- Qadına zinət əşyalarından savayı parıldamağa nə kömək edir?
- Sevgi. Qadının üzü gülürsə, deməli, sevir və sevilir.
- Minnətdaram. Sizə hər zaman sevməyi və sevilməyi arzu edirik.
- Təşəkkür edirəm, qarşılıqlıdır.
Paylaş:
Müəllif : Redaktor
Tarix:26-04-2019, 10:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:26-04-2019, 10:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:52
Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək
Dünən, 19:00
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
Dünən, 10:45
Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... - Kərəm Həsənov müdaxilə edirsə...
Dünən, 08:54