reklam
Regionxeberlericom.az » Mədəniyyət » Xatirə həmkarlarının “bostanına daş atdı” – “Yerli-yersiz danışırlar”

reklam

Xatirə həmkarlarının “bostanına daş atdı” – “Yerli-yersiz danışırlar”


"Sənət dostlarıma demək istəyirəm ki, mehriban olmalı, hər şeyə səbrlə yanaşmalıyıq”.
Bu sözləri müğənni Xatirə İslam sosial şəbəkədə canlı yayım zamanı deyib. Sənətçi karantinə etiraz edən həmkarlarına korifeylərin məsləhət verməli olduğunu vurğulayıb:
“Bu sözləri mən deməli deyildim. Yaşda məndən böyük olan sənət adamlarından üzr istəyirəm. Bu günə kimi gözlədim. Heç biri çıxıb bir kəlmə demədi. Çıxıb biz gənclərə məsləhət vermədilər. Xalq, Əməkdar artistlər, digər fəxri adlar alan bütün sənət adamları, yaşlı-başlı sözükeçən sənətkarlar çıxıb danışmalı idi. Başa düşürəm hamı üçün çətindir, mənim üçün də. Biz çıxıb emosional, yalan-doğru danışırıq. Amma sənətkarlarımızı görmürəm. Gənc ifaçılar düz olmayan paylaşım edir, narazıçılıq bildirilər. Haqlı, haqsız videolar yerləşdirirlər. Haqlı olanları qədər, yerli-yersiz söz deyənlər də az deyil”. 
Qeyd edək ki, son günlər karantin rejiminə etiraz edənlər arasında müğənni Niyam Salami, Elnarə Xəlilova, Səidə Sultan və başqaları var.


Paylaş:


Müəllif : Tarix:
6-08-2020, 13:08
Sikayət   


loading...
Загрузка...