Deyişməyə kim qaldı ki?
Ötən gün meyxanaçı Vüqar Biləcərinin vəfat etməsi bu sənəti sevənlər üçün ağır itki oldu. Meyxana aləmində sayılıb-seçilənlərdən olan Vüqar Paşayevin uzun sürən xəstəlik səbəbilə 33 yaşında dünyasını dəyişməsindən sonra yenidən diqqət bu camiəyə yönəldi.
Bu sənətlə məşğul olan bəziləri sağlamlıqlarına elə də ciddi yanaşmırlar.
Təsəvvür edin, sağlığında Aydın Xırdalanlıya “Bir balaca, ay yetim, qulluq et cana. Nöşün cavan-cavan öləsən, şair?!” deyən Vüqar Biləcərinin özü sənət yoldaşının vəfatından bir il sonra səhhətində yaranan problemə görə dünyasını dəyişir.
Meyxana aləminin Messisi hesab edilən Aydın Xırdalanlı da sağlamlığına biganə yanaşdığı üçün erkən yaşda həyatla vidalaşan sənətçilər siyahısındadır. 41 yaşında dünyasını dəyişən Xırdalanlının ölüm səbəbi qaraciyər serrozu idi.
Dostlarından biri onun Almaniyada müalicəsini öz üzərinə götürsə də, Aydın xaricə getməkdən imtina etmişdi. Mərhumun sənət yoldaşı Ələkbər Yasamallı deyirdi ki, "Aydın bizi ölümünə öyrəşdirdi. Özü də bilirdi ki, öləcək. Hər şey anidən baş vermədi".
Vaxtı ilə “Maşın gəlir, qabağa baxım, sağa baxım?...” qafiyəsini tutan Bayram Kürdəxanlı isə maşın vurması nəticəsində 55 yaşında vəfat edib. O da vaxtı ilə sağlamlığına qarşı laqeyd olub. 2004-cü ilin iyulunda onun üzərinə baxış keçirilərkən şəxsi istehlak miqdarından artıq tiryək aşkarlanmışdı. Həmin vaxt Bayram Kürdəxanlı 22 yaşından narkotikdən istifadə etdiyini söyləsə də, sonradan tərgitdiyini bildirmişdi. Narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə bir il azadlıqdan məhrum edilən meyxanaçı 1984-cü ildən vərəm xəstəsi kimi qeydiyyatda idi. O, 2017-ci ildə "Qafqazinfo"ya müsahibəsində indiyədək evlənməməsinin səbəbini belə izah etmişdi: "Tüfeyli həyata düşmüşdüm, şəxsiyyətimə sığışdırmırdım ki, kiminsə balasını bədbəxt edim. Evlənmədiyimə görə də, peşman deyiləm".
Məşədibaba Aydəmirov da bu sənətdə ustadlardan olub. 1971-ci ildə Bakının Maştağa qəsəbəsində anadan olan meyxanaçı 6 il həbs həyatı yaşayıb. Onun həbs səbəbinə gəlincə, öz toyuna az qalmış dostu, meyxanaçı Elçin Atakişiyevilə arasında mübahisə yaranır. Mübahisə zamanı Məşədibaba dostunu bıçaqlayır. Lakin, bu bıçaq zərbəsi ölümcül olmur. Deyilənə görə, Elçini xəstəxanaya çatdırmalı olan adamlar bilərəkdən ləng davranıblar. Nəticədə Elçin dünyasını dəyişib, Məşədibaba isə həbs olunub.
Məşədibaba 2000-ci ildə həbsdən azad edilir və onun ilk getdiyi yer Elçinin məzarı olur. Həbsdən çıxdıqdan sonra öz əmisi qızı ilə ailə həyatı quran Məşədədibaba sonrada içki aludəçisi olur və bu, onun ailəsində ciddi problemlər yaradır. 9 il sonra Məşədibabanın xanımı evdən gedir. Sevdiyi qadını evinə qaytara bilməyən 39 yaşlı Məşədibaba qayınatasının evinin qarşısında üstünə benzin tökərək özünü yandırır. 95 faiz yanıqla xəstəxanaya çatdırılan Məşədibaba orda can verir.
49 yaşında vəfat edən Nizami Rəmzi isə meyxananı televiziya ekranlarına çıxaran ilk şəxs olub. Onun ölümünə avtomobil qəzası səbəb olub. Belə ki, o, 1997-ci ilin yanvarın 19-da məclisə gedərkən dostu və meyxanaçı Kəbir Azəri ilə birgə yol qəzasında həlak olub. Ekspertizaya görə, içkili olan Nizami Rəmzi maşını sürərkən şəhərdən çıxan İkarusla toqquşaraq həlak olmuşdu.
O, üç dəfə ailə həyatı qurmuşdu. 1972-ci ildə Leyla adlı qadınla evlənib, bu münasibətdən iki övladı dünyaya gəlib. Daha sonra onun həyat yoldaşı Nizami ilə ayrılıb, digər bir şəxslə ailə qurmuşdu. Daha sonra Hicran adlı qadınla qeyri-rəsmi nikahda olub və bu cütlükdən dörd uşağı dünyaya gəlib. Onlardan bir qızı və bir oğlu rəhmətə gedib. 10 yaşlı qızı avtombil vurduqdan sonra həyatını itirmişdi. Oğlu Rəmzi isə körpə yaşlarında vəfat edib. Nizami oğlunun vəfatından sonra onun adını özünə şair təxəllüsü götürmüşdü. Nizami Hicrandan sonra üçüncü evliliyini yaşayır. O, özündən 23 yaş kiçik Sevda adlı qadınla ailə həyatı qurub.
Bundan başqa, Əlislam Dağlı yüksək dozalı narkotik maddə qəbul etdiyi üçün vəfat edib. Meyxanaçı Mirsadıx Maştağa isə avtomobil qəzası zamanı ölüb. Bu ilin avqustunda isə meyxanaçı Vüqar Hüseynov vəfat edib.
Onun səhhətində yaranan problemə görə dünyasını dəyişdiyi bildirilir. Vüqar Corat kimi tanınan 37 yaşlı meyxanaçı 2002-ci ildə, 19 yaşında "De, gəlsin" meyxana yarışmasının qalibi olmuşdu.
P.S. Vüqar Biləcərinin dəfn mərasimində iştirak edən Rəşad Dağlı yenə göz yaşlarına boğulmuşdu. O, eyni acını Aydın Xırdalanlı vəfat edəndə də yaşamışdı. Maraqlıdı, yazıda adıçəkinlərin vəfatından sonra deyişməyə kim qaldı ki?
Paylaş:
Müəllif : Fuad
Tarix:30-08-2020, 13:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-08-2020, 13:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16