“Evimizə piyada getmək istəyirəm” - Xan Şuşinskinin oğlu
regionxeberlericom.az kulis.az-a istinadla Şuşanın işğaldan azad olunması münasibətilə Azərbaycanın görkəmli xanəndəsi Xan Şuşinskinin oğlu Aslan Cavanşirovla müsahibəni təqdim edir.
- Əvvəlcə sizi təbrik edirik. Şuşa təkcə hərbi-strateji deyil, həm də mədəni yer olub. Mədəniyyət mərkəzi olub. Şuşanın ən məşhur siması kimi Natəvanla və Üzeyir bəylə yanaşı atanız Xan Şuşinskinin də adı çəkilir. Gənc nəslin Şuşanı unutmamasında və sevməsində Xan əminin yaradıcılığının, səsinin böyük rolu var. Bu gün bu böyük müğənninin övladı kimi, şuşalı kimi özünüzü necə hiss edirsiniz?
- Mən istəyərdim birinci qeyd edim ki, məlum Tovuz hadisələrindən sonra Azərbaycanda dövlətlə xalq arasında yaranan birlik, bəlkə də, tarixdə bir ilk idi. 1990-cı ildə - 20 Yanvar hadisəsindən sonra bir neçə gün bu birliyi gördük. Amma o vaxt xalqın önündə milli lider yox idi. Bu gün biz hamımız şadıq ki, Azərbaycanın ağıllı, bacarıqlı, vətənpərvər Ali Baş Komandanı var. Biz birinci növbədə cənab prezidentimizə, İlham Əliyevə minnətdar olmalıyıq. O, Qarabağ probleminin həllində böyük xidmət göstərdi. Şuşa adi bir şəhər deyil. Şuşanın işğal altında olması, bu gün də işğaldan azad olunması bir qeyrət məsələsi idi. Mən hesab edirəm ki, Şuşa o taylı-bu taylı bütün Azərbaycan xalqının qeyrət ocağı idi. Möhtərəm prezidentimiz başda olmaq şərti ilə bütün xalqımız Qarabağ probleminin həmişə sülh yolu ilə həllinə çalışsa da mən və mənim kimi bir çox şuşalı Şuşanın hərb yolu ilə, döyüşərək alınmasını arzu edirdik. Çünki Şuşa bir qaladır. Qalalar isə tarix boyu sülh yolu ilə təslim edilməyib. Şuşa böyük cazibəsi olan şəhərdir. Orda yaşayan, Şuşanın təbiətini görən, ondan qidalanan insanlar mütləq bir istedada sahibdir. Məsələn, Şuşada səsi olmayan insana çox nadir hallarda rast gəlmək olardı. Xan Şuşinskiyə gəldikdə, o, bütün həyatı boyu heç nə oxumasaydı belə tarixdə qalması üçün təkcə “Şuşanın dağları” bəs edərdi. Bilirsiniz ki, “Şuşanın dağları” mahnısının həm musiqisi, həm sözləri Xana məxsusdur. O, bu mahnının bəstələməklə Şuşanı bütövlükdə xarakterizə edib. Bu mahnı bütün şuşalıların dilində, xalqın dilində həmişə yaşayıb. Bizi Şuşaya qovuşduran məqamlardan biri də odur ki, bu 30 ildə biz Şuşamızı, Qarabağımızı unutmadıq. Biz buna daim can atdıq. Bu gün xalqımızın arxa cəbhədə, ordumuzun ön cəbhədə göstərdiyi şücaət xalqın vətən sevgisinin sübutudur.
- Bugünkü gündə istəyirik Xan əmini daha çox xatırlayaq. Şuşa Xan Şuşinski üçün nə demək idi?
- Xan Şuşinski üçün Şuşa hava-su idi. O, Şuşasız dura bilmirdi. Bilirsiniz ki, 1939-cu ildə Xan Şuşinski Mircəfər Bağırovun göstərişi ilə Bakı şəhərinə köçürülüb. Bəlkə də bu göstəriş olmasaydı Xan Şuşadan ayrılmazdı. Buna baxmayaraq, hər il yay tətilini mütləq Şuşada keçirirdi. Oranın təbiətindən xüsusi zövq alırdı. Bizim anlaya bilmədiyimiz, o qədər də dərk etmədiyimiz ilahi gücü Xan Şuşinski o təbiətdən, o havadan alırdı. Şuşanın mərkəzində “Güllü bağ” deyilən bir yer var idi. Orda bəlkə də dünyanın heç bir yerində olmayan gözəl ətirli çöl çiçəkləri bitirdi. O çiçəklərin qoxusu hələ də mənim burnumdadır. Xan Şuşinski hər gün səhər tezdən gələr, orda əyləşərdi. Günortaya yaxın gedib Turşsu bulağından bir-iki stəkan su içib evə gedər, naharını edərdi. Şuşa Xan Şuşinski üçün ən əziz, ən müqəddəs yer idi.
- Şuşa xəbərini alanda nə etdiniz?
- Mən dəqiqliyi sevən insanam. Üç-dörd gün idi şayiələr gəzirdi ki, Şuşa artıq bizdədir. Amma mən buna inana bilmirdim. Deyirdim, möhtərəm prezidentimizin dilindən eşitməsəm, inanmaram. Cənab prezidentin dilindən Şuşanın azad olunması xəbərini eşidəndə çox qeyri-adi hisslər keçirtdim. Bu hissi yaşamaq möhtəşəmdir. Sonra Şuşanın videolentini göstərdilər, şəhər komitəsinin binası üzərində bayrağımız dalğalananda kövrəldim.
- Ağladınız?
- Mən hər dəqiqə ağlayan insan deyiləm. Ağlamadım. Bəlkə də ağlaya bilsəydim ağlayardım.
- Aslan müəllim fikir verdinizsə başqa rayonlardan fərqli olaraq Şuşa xəbərinə hər kəs ağladı. Sizcə, Şuşaya olan bu sevginin səbəbi nədir?
- Bilirsiniz, Şuşanın əsasını qoyan Pənahəli xan mənim babam olub. Şuşa bütün Azərbaycan üçün həmişə müqəddəs sayılıb. Ona görə yox ki, ordan dahi musiqiçilər çıxıb. Şuşada mühit çox fərqli idi. O mühit uşaqları tamam başqa cür tərbiyə edirdi. Şuşada böyüyən, orda yaşayan insanlar dərhal seçilir. Onların danışığı, davranışı o saat özünü büruzə verir. Biz Şuşanı heç cür düşmən tapdağında qoya bilməzdik. Şuşaya gedən ilk mülki insanlardan biri olmaq istəyirəm. Gedib görmək istəyirəm. Bəlkə də həyatımın qalan hissəsini Şuşada yaşamaq istəyərəm.
- Prezidentimiz Şuşanın azad olunma xəbərini Şəhidlər Xiyabanından elan etdi. Bunu necə şərh edərdiniz?
- Mən hesab edirəm ki, bütün Qarabağ probleminin əsas nöqtəsi, nidası elə Şuşa ilə bağlı idi. Ermənilər hətta biz Şuşada olanda öz dilləri ilə deyirdilər ki, siz Şuşanı bizə verin, görün biz orda necə cənnət yaradırıq. Onlar daim buna can atıblar. Biz ki, onların əlindən Şuşanı, Qarabağın tacını azad edə bildik, bundan sonra digər rayonların işğaldan azad olunması daha da sürətlənəcək. Bir il bundan əvvəl Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva çıxışlarının birində qeyd etmişdi ki, nə qədər Qarabağ, Şuşa işğal altındadır, biz hamımız qarabağlıyıq, şuşalıyıq. Bu sözlər həqiqətən də ürəkdən deyilən sözlər idi. Mən də hesab edirəm ki, bu gün hamı qarabağlıdır, şuşalıdır. Bizim müzəffər Ali Baş Komandanımızın arxasındadır.
- Hamının beynində bir qayıdış ssenarisi var. Siz necə qayıdacaqsınız?
- Orda Bazarbaşı deyilən bir yer var, ordan evimizə qədər piyada getmək istəyirəm. Sonra fikrim var Şuşada aparılacaq quruculuq işlərində iştirak edim.
- Xan əminin ev muzeyi vardımı?
- Yox, Xan Şuşinskinin ev muzeyi olmayıb. Şəxsi mülkiyyəti olan ev olub. Üzeyir bəyin ev muzeyi ilə eyni küçədə yanaşı yerləşdirdi. Sonradan o evləri birləşdirdilər Üzeyir bəyin adını daşıyan musiqi muzeyinə çevirdilər. Yaxşı olardı ki, gələcəkdə Şuşada Xan Şuşinskinin ev muzeyi olsun. Atamın ata yurdu Şuşanın Bazarbaşı tərəfdə Çuxur məhləsində yerləşirdi. Ermənilər oranı yandırandan sonra sovet hökuməti tərəfindən həmin məhəllədə beşmərtəbəli binalar inşa edildi. Sonradan atam Çöl qala məhəlləsində ev almaq məcburiyyətində qaldı. Şuşanın qəhrəman oğulları, ziyalıları var. Mən elə hesab edirəm ki, bu insanların hər birinin xatirəsi Şuşada əbədiləşdirilməlidir.
- Şuşada ən çox xatırladığınız, unuda bilmədiyiniz, tez-tez yuxuda gördüyünüz yerlər hansı idi?
- Sözün düzü, oraları heç vaxt yuxumda görməmişəm. Bəlkə də görmüşəm, xatırlaya bilmirəm. Amma Şuşanı daim xatirələrimdə yaşatmışam. Şuşa ilə bağlı müəyyən xatirələrim var, amma hər dəfə bu xatirələri daha çox bərpa etməyə və yadda saxlamağa çalışmışam.
- “Şuşanın dağları” mahnısının üçrəngli bayrağımıza həsr olunduğunu demişdiniz. İndi həmin üçrəngli bayraq Şuşada dalğalanır...
- Bəli. Bu, Xanın arzularıdır, həyata keçir. Bilirsiniz ki, Xan bu mahnının 1920-ci illərin əvvəllərində ifa edib. O dövrdə artıq Azərbaycanda sovet hakimiyyətinin insanlara vəd etdiyi xoş gələcəyin iflasa uğradığı hiss edilirdi. İnsanlar görürdü ki, bunlar yalan vədlərdir. İnsanlar itirdiklərini arzulamağa başlamışdılar. Xan bu mahnı ilə bayrağımızı xalqın yaddaşında saxlamağa çalışmışdı. Xan həm də bu mahnıdakı misralarla xalqı ehtiyatı əldən verməməyə, ayıq-sayıq olmağa səsləmişdi.
- Müsahibə üçün çox sağ olun. Bir daha gözünüz aydın olsun!
- Çox sağ olun. Hamımızın gözü aydın!
Paylaş:
Müəllif : Yazar
Tarix:10-11-2020, 16:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-11-2020, 16:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24