“Xüdavənk məbədini qıpçaq qızı Arzu Xatun tikdirib” - Tədqiqatçı
"Dağlıq Qarabağ ərazisi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçqarlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir. Bəlkə də ona gördəri ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilmiş, divarlara həkk edilmiş yazılar pozdurulmuş, oradakı xaçqarlar hay-qriqorian kilsəsinin xaç elementləri ilə əvəz edilmişdir. Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək".
Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin müəllimi, tədqiqatçı Vüqar Zifəroğlu bildirib.
O qeyd edib ki, xristian dinində məbəd anlayışı yalnız xristian türklərə - oğuz və qıpçaqlara aid olub. Ekspertin fikrincə, onlar quruluşuna görə kilsələrdən olduqca fərqlənir və bu bir çox dünya kulturoloqları və etnoqradfları tərəfindən təsdiqlənən faktdır:
"Xristian türklər heç bir zaman kilsə inşa etməyib və ümumiyyətlə kilsə iearxiyasını qəbul etməyiblər! Təsadüfi deyil ki, hətta Yaxın Şərq bölgəsində mövcud olan xristian məbədləri də məhz xristian qıpçaq və oğuz türklərinin yaşadıqları və ya yayıldıqları ərazilərdə mövcuddur. Başqa bir məqam isə haylarda məbəd mədəniyyətinin olmaması və hay-qriqorian və eləcə də apostol icmalarında kilsə iearxiyasının və anlayışının olmasıdır. Yəni, xristian məbədi anlayışı haylarda, ümumiyyətlə Qafqazda bizdən başqa heç bir xalqda yoxdur! Bunu orta əsrlərə aid yazılı mənbələr də birmənalı şəkildə təsdiqləyir".
V.Zifəroğlu ermənilərin son üç gündə ətrafında ciddi “şou-maskarad” düzəltdikləri, az qala divarlarını acgözlüklə yalayaraq içində “timsah göz yaşları” axıtdıqları Hüdavənk məbədi ilə bağlı bəzi məqamlara da toxunub. Bildirib ki, bu məbəd də alban babalarımıza məxsusdur:
"XII-XIII əsrlərdə - Alban knyazlığının yüksəlişi dövründə Qarabağ bölgəsində bir çox xristian məbədləri ucaldılmışdı. Xaçın knyazlığı isə onların arasında xüsusilə seçilirdi. Bu nəslin nümayəndəsi, hökmdar və böyük mütəfəkkir Həsən Cəlal qısa müddət ərzində alban knyazlıqlarını birləşdirmiş, Albaniya çarı adını qazanmışdı. Onun tikdirdiyi Gəncəsar məbədi isə Albaniya katolikosluğunun mərkəzinə çevrilmişdi. Xüdavənk məbədi məhz bu Alban hökmdarı Böyük Həsən, onun oğlu Vaxtanq və həyat yoldaşı, qıpçaqların “böyük bəylərbəyi Qurd”un qızı Arzu Xatun tərəfindən tikdirilib".
Tədqiqatçının sözlərinə görə, məbədin adında olan “Hüda” fars dilində “yaradan”, “Vənk” isə türkcədə “məbəd” deməkdir:
""Hüda" sözündən türklər də orta əsrlərə aid dini və bədii ədəbiyyatlarında geniş istifadə etmişlər. Maraqlı məqam ondan ibarətdir ki, ermənilərin bu məbədi “Dadavank” adlandırmaları da türklərlə bağlıdır. Baxmayaraq ki, ermənilər "dada“ sözünü apostol Fadeyin tələbəsi olmuş və Qafqazda xristianlığı təbliğ etmiş və mənbələrə görə orada dəfn edilmiş Tadeylə əlaqələndirirlər. Lakin istənilən dilçi təsdiq edə bilər ki, Tadey adının Dadi şəklinə düşməsi mümkün deyil. Yəni bu izah, ermənilərlə bağlı olan hər şey kimi fiksiyadır, yalandır! Bu məbəd öz möhtəşəmliyi və əhəmiyyətinə görə Albaniyada seçilirdi. Məhz bu səbəbdən yerli qıpçaq və alban türkləri məbədə “dədəvənk” – yəni "məbədlərin dədəsi" adını vermişdilər! İnşaallah, tezliklə tarixi keçmişimizin yadigarı olan bu məbədimizə də qovuşacağımız günə az qalıb".
Paylaş:
Müəllif : Yazar
Tarix:16-11-2020, 12:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-11-2020, 12:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09