reklam
Regionxeberlericom.az » Mədəniyyət » "Oğlum deyir ki, heç zaman müğənni almaram" - Nadirə dəstək çıxdı

reklam

"Oğlum deyir ki, heç zaman müğənni almaram" - Nadirə dəstək çıxdı


 Xeyli vaxtdır efirlərlə çıxmayan müğənni Almaz Saraylı müzakirələrə səbəb olacaq açıqlama verib. Lent.az-ın məlumatına görə, ifaçı “Hər şey daxil” verilişində həmkarı Nadir Qafarzadənin fikirlərinə dəstək olaraq bildirib ki, müğənni gəlininin olmasını istəmir: “Oğlum deyir ki, heç vaxt müğənni qız almaram. Çünki xanımı alıram ki, evdə otursun. İstəmirəm ki, sənin kimi evə gecələr gəlsin”.

Qeyd edək ki, N.Qafarzadə Lent.az-a açıqlamasında oğluna heç zaman müğənni qız almayacağını deyib: "Müğənni qızı evimə necə gətirim? Qısa yubka, paltarının harasına kimi yarığı olan qızı evimə necə gətirim? Bunu bütün kişilər gördü da, oğluma nə qaldı? Qaşları harda, üzü nə cür - yadplanetlilərə oxşayırlar. Ona necə gəlin gözü ilə baxım? Yaşlıları başa düşdük, bu cavanlara nə olub? Geyimlərinə fikir versinlər. Oğlum dağlıdır, başqa cür xasiyyəti var. Hər şeyi biləndir. Onun üzünü heç görən olub? Efirə də çıxmır. İstəyir toyunda heç şou-biznes olmasın".


Paylaş:


Müəllif : Tarix:
7-03-2019, 11:55
Sikayət   


loading...
Загрузка...