Şuşa Teatrının direktor müavini: - Bakıya “qastrol”umuz başa çatır
“Bakıya yeni gələndə, həmişə deyirdim ki, bura qastrola gəlmişik, tezliklə qayıdacağıq. Bir il keçdi, iki il keçdi, illər bir-birini əvəz etdi. Mən də o sözü yığışdırdım. İndi artıq əminliklə deyirəm ki, qastrol başa çatır və biz Şuşaya qayıdırıq”.
Məcburi köçkünlük ömrü yaşayan Şuşa Dövlət Musiqili Dram Teatrının direktor müavini, əməkdar artist Azad Məmmədov belə deyir:
“1992-ci ildən bu günə qədər Şuşa teatrı Bakıda qastroldadır. Biz Şuşaya qayıtmaq ərəfəsindəyik. Teatrın fəaliyyəti bərpa olunacaq və biz doğma Şuşamızda tamaşalar oynayacağıq. Əliboş qayıtmırıq, bu illər ərzində yaradıcılıq baxımından çox böyük uğurlarımız olub. Arzu edirəm ki, Bakıya qastrollara gələk, amma qısamüddətli”.
Şuşa Teatrının tarixi
Azərbaycan Milli Teatrının əsası 1873-cü il martın onunda Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası ilə qoyulub. Həmin vaxtdan etibarən Azərbaycanda hər il martın onunda Milli Teatr Günü kimi qeyd olunur. Azad Məmmədov deyir ki, əslində, teatrın tarixi daha qədimdir:
“1838-ci ildə Şuşada dövlət kolxoz-sovxoz teatrında dram və sirk truppaları fəaliyyət göstərib. Şuşada peşəkar teatrın bir əsr yarımlıq tarixinin olması 1948-ci ilə aid arxiv materialları, həmçinin ovaxtkı “Qafqaz” qəzetində dərc olunan məqalə ilə təsdiqlənir. Bu fakt təkcə Şuşa teatrı deyil, Azərbaycan səhnə sənəti tarixi üçün çox önəmlidir. Mənbələrdə göstərilir ki, XIX əsrin ortalarından etibarən Şuşanın mədəni həyatında xüsusi canlanma yaranıb. Axundzadə öz komediyalarını geniş şəkildə yaymaq üçün 1852-ci ildə teatr tamaşalarının intişar tapdığı Şuşaya gəlib. Bundan əlavə, Şekspirin “Otello”su Azərbaycanda ilk dəfə 1893-cü ildə şuşalı müəllim, dramaturq və jurnalist Haşım bəy Vəzirov tərəfindən tərcümə edilərək səhnələşdirilib. Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası da ilk dəfə 1916-cı il avqust ayının 17-də Xurşidbanu Natəvanın qızı Xanbikənin evində yerləşən məktəbdə tamaşaya qoyulub”.
Üzeyir bəyin vəfatı, Stepanakert (Xankəndi) Teatrının fəaliyyətə başlaması
Azad Məmmədovun sözlərindən belə məlum olur ki, Azərbaycan peşəkar teatrının yaranma tarixi 1873 deyil, 1848-ci ildən hesablanmalıdır. Şuşanın teatr tarixinin uzun illər müəmmalı şəkildə təqdim edilməsinə gəlincə, aktyor bunu Azərbaycan mədəniyyətinin, incəsənətinin saxtalaşdırılması hesab edir:
“1943-cü ildən teatr Üzeyir Hacıbəyli adına Şuşa Dövlət Musiqli Dram Teatrı olaraq faəliyyət göstərib. Həmin illərdə ermənilər dəfələrlə bu teatrın fəaliyyətsizliyi və lüzumsuzluğu barədə keçmiş Mərkəzi Komitəyə şikayət məktubları göndərsələr də, niyyətlərinə nail ola bilməyiblər. Təəssüf ki, Üzeyir bəyin vəfatından bir müddət sonra Şuşa Dövlət Musiqli Dram Teatrının fəaliyyətinə xitam verilib. Əmrdə göstərilmişdi ki, maliyyə çətinlikləri ilə əlaqədar olaraq Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti maliyyə çatışmazlığına görə dayandırılsın. Üzərindən bir ay keçəndən sonra Maksim Qorki adına Stepanakert Dram Teatrı açıldı. Əgər pul yoxuydusa, maliyyə çətinlikləri varıydısa, necə oldu, Şuşa Teatrı bağlandı, amma Stepanakertdə teatr açıldı?! Onlar Üzeyir bəyin ölümündən sonra teatrın bağlanmasına nail oldular”.
41 ildən sonra bərpa olunan teatrın 28 illik məcburi köçkünlük ömrü
1949-cu ildən sonra teatrın dövlət statusu olmasa da, yaradıcı heyət tamaşalar oynayıb, müxtəlif tədbirlərdə səhnələr təqdim edib. 1987-ci ildə xalq teatrı, 1990-cı ildə isə yenidən dövlət teatrı statusunu bərpa edib. Lakin teatrın sevinci uzun çəkməyib:
“Nazirlər Kabinetinin qərarı və Mədəniyyət Nazirliyinin əmri ilə fəaliyyətimiz 1990-cı ilin mayında bərpa olundu. Bizə ovaxtkı Rayon Partiya Komitəsinin yanında yerləşən Mədəniyyət evinin binasını vermişdilər. Binada teatrın tələblərinə uyğun təmir-bərpa işləri aparılmışdı, avadanlıqlarla təchiz olunmuşdu. Teatr kollektivi binada müvəqqəti yerləşdirmişdi. Layihə hazırlanmışdı, Şuşada Natəvan bağındakı Yay teatrı olan ərazidə Şuşa teatrı üçün yeni bina tikiləcəkdi. Müvəqqəti fəaliyyət göstərdiyimiz Mədəniyyət Evi isə şəhərin mərkəzində yerləşirdi. Üzeyir Hacıbəylinin “Arşın mal alan”ı, Süleyman Ələsgərov və Şıxəli Qurbanovun “Özümüz bilərik” tamaşalarının məşqlərinə başlamışdıq. Hətta dekorlar, əlbəsələr də hazırlanmışdı. Biz iki əsəri tamaşaya hazırladıq. Lakin “Uzun Həsən” tarixi dramı elə vaxta düşdü ki, yalnız müəyyən səhnə məşqlərini edə bildik. Geyim və səhnə dekorlarını hazırlamağa imkan olmadı. Müharibə ilə əlaqədar vəziyyət getdikcə ağırlaşırdı. Hər gün bir ölüm, yaxud nəsə bir hadisə baş verirdi. Mədənyyət Evi də şəhərin düz mərkəzində idi. İşğaldan azad olunandan sonra yayımlanan videoda Şuşada bayraq taxılan bina ovaxtkı Rayon Partiya Komitəsi yerləşdiyi binadır. Yanında da bizim Mədəniyyət Evi yerləşirdi. Qarşısında Üzeyir bəylə Bülbülün büstü qoyulmuşdu. Həmin büstlər işğaldan sonra ermənilər tərəfindən güllələnmişdi. İndi Mədəniyyət Evinin binası tamamilə sökülüb, ermənilər hazırda yerində park salıblar. O vaxtlar Rayon Partiya Komitəsinin qarşısında durumla əlaqədar mitinqlər, çıxışlar olurdu. Səs-küydən tamaşa oynamaq mümkün deyildi”.
Şuşa Teatrının rəsmi açılışı qaçqınlıq dövrünə düşüb. Teatr rəsmi açılışı Bakıda “Arşın mal alan”la edib:
“1992-ci ildə torpaqlar işğal olunandan sonra kollektivin hərəsi bir rayonda məskunlaşdı. Üzərindən qısa vaxt keçməmiş, iyul-avqust ayı idi. Teatrın direktoru Yadigar Muradov heyətə yenidən fəaliyyət göstərəcəyimiz xəbərini verdi. Bəzi aktyorlar başqa rayonlarda məskunlaşdığı üçün Bakıya gələ bilmədi. Amma əksəriyyət toplandı. 1993-cü il fevralın 13-14-də Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili operettası ilə rəsmi açılış etdik və o vaxtdan da fəaliyyətimiz Bakıda davam edir. 1992-2005-ci illərdə Gənc Tamaşaçılar Teatrının binasında fəaliyyət göstərmişik. 2006-cı ilin yanvarından isə “Savalan” kinoteatrının binası bizə verildi. Təmirsiz idi. 2013-cü ildə artıq oranın təmiri üçün müəyyən şərait yarandı. 2014-2018-ci illərdə bina təmir olundu. 2018-ci ildə bina tam olaraq bizim istifadəmizə verildi. 2019-cu ilin mart ayından binada fəaliyyətə başladıq. 2020-ci il martın 6-da isə binada Mirzə Fətəli Axundzadənin “Misyö Jordan və dərviş Məstəli şah” tamaşasını oynadıq. Hazırda teatrda panademiya ilə əlaqədar tamaşalar oynanılmır. Kollektivimizlə birgə söz vermişik ki, Şuşaya qayıdış başlayanda, hava şəraitindən asılı olmayaraq məhz binamızın yerində, daşların üzərində “Arşın mal alan”ı oynayacağıq”.
Şuşa şəhəri noyabrın 8-də işğaldan azad olunub. 1992-ci il mayın 8-də erməni birləşmələri tərəfindən işğal olunan şəhər dağıdılıb. 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi, 25 orta məktəb, 40 tibb müəssisəsi, 24 tarixi abidə viran edilib. Burada Azərbaycana aid bütün tarixi, mədəni, memarlıq abidələrinin və dini inanc yerlərinin dağıdıldığı deyilir.
Mədəniyyət Nazirliyi bir müddət öncə Şuşada bərpa olunacaq mədəniyyət obyektlərinin sayını açıqlayıb. Həmin siyahıda Şuşada yeganə teatr olan Dövlət Musiqili Dram Teatrının da adı var.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-11-2020, 09:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-11-2020, 09:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08