“Bəsdir xalqı günahlandırdınız!” - Xalq artisti haray çəkdi
Əməkdar incəsənət xadimi, Xalq artisti, professor, zümzümə etdiyimiz gözəl musiqilərin bəstəkarı Faiq Sücəddinovla ilk müsahibəmizdən indiyə qədər xəyalımda silinməz izlər var. Canlı ifasının səsi, səmimi söhbətləri indi də yadımdadır. Bu dəfə təkrar olmasın deyə, Lent.az-ın yeni layihəsində görüşmək istədim onunla. Amma... Söhbətimiz o qədər təbii axara düşdü ki, bu söhbət bulağının bərəsini dəyişmək istəmədim. Bir az da Yaşıl Teatrın aurasının yaratdığı ovqat özü yöntəm verdi.
- Demək burda oturursunuz?
- Hə, günortaya qədər burda yaradıcılığımla məşğul oluram , sakitlikdir.
- Nə gözəl havası var buranın...
- Havanı neynirəm, işləməyə şərait olsun. İnsan çalışmalıdır əlindən bir gəlsin, nə iləsə xeyir versin. Bir əhvalat düşdü yadıma hava ilə bağlı. Əhməd Bakıxanovu İkinci Fəxri Xiyabanda dəfn edəndə, bəstəkar Nəriman Məmmədov gördü ki, Tofiq Bakıxanov çox qəmlidir. Qayıtdı ki, qəm eləmə, Tofiq, buranın havası birincinin havasından yaxşıdır.
- Ona baxmayın, bizə hava lazımdır. Xüsusən də hava bəstələyən adama.
- Deyəsən siz tərəflərdə hava yoxdur?
- Biz tərəflərdə yaxşı hava vardı, musiqiyə də hava deyərdilər?
- Harda?
- Qarabağda...
Cavabımı eşidən kimi Faiq müəllim fortepiano arxasına keçdi. Yeni bəstələdiyi mahnını ifa edib, özü də oxumağa başladı:
Torpağın sevgisi canıma köçüb
- Yanğısı ruhuma, qanıma köçüb.
Şuşa dağlarının sisi-dumanı
Sözsüz dilləndirir tarı, kamanı.
İstərəm ömürlük qoynuna köçüm
Gözümün nuru, canım, Qarabağ.
Azərbaycanımın nəfəsi, qanı
Döyünən ürəyi, yurdum, Qarabağ...
Bayaqdan etdiyimiz zarafatlar elə bir kədərə keçdi ki, gözlərimin yaşını saxlaya bilmədim. Faiq Sücəddinov barmaqlarını pianonun dillərindən götürüb üzümə baxanda, peşman-peşman – “Ay, mən bilmədim, bağışla, deyib” - tez dəsmal uzatdı mənə və bilərəkdən söhbəti dəyişmək üçün söhbətinə davam etdi:
-Belə mahnıları qoyub, axmaq-axmaq musiqilərə üstünlük verirlər. Nəzakət Teymurovaya vermişdim, bir dəfə oxudu. İndi Təyyar Bayramovla danışmışam, gəlib oxumalıdır. Bunu oxuyub oranjiman etdirmək lazımdır. Bu qayğılarla yaşayıram. Zeynalabdin Tağıyevin xatirəsinə bir musiqi yazmışam, “Cümhuriyyət” adlı.
Yenə piano arxasına keçib, musiqini çalmağa başladı. Gözəl musiqidir.
- Bu musiqi sizi XIX əsrə apardı?- deyə məndən soruşdu.
- Hardasa xatırlatdı.
- Ötən əsir, Məmməd Əmin Rəsulzadəni, cümhuriyyətçiləri xatırladır bu musiqi. Mən o dövrlə yaşayıram.
- Ötən əsrlə yaşamaq olar, Faiq müəllim?
- Onların tarixini oxuduqca qürurlandım, nə şərəfli tariximiz varmış. Şirməmməd müəllim bu sahədə ensiklopediyadır. Gəlin keçək söhbətimizə.
- Bayaqdan elədiyimiz söhbətlər elə cəmiyyətin ehtiyacı olan bir ziyalının fikirləridir...
- Mən həyat eşqi ilə, musiqi eşqi ilə, vətən eşqi ilə yaşayan adamam. Bu gün itirdiyimiz yalnız torpaqlarımız deyil. Mədəniyyətimiz də əldən gedir. Məni yandıran budur. Erməni, gürcü, dağıstanlılar... hamısı bizim musiqiləri dağıdırlar, talan edirlər. Təbii ki, Müəllif Hüquqları Agentliyi mübarizə aparır. Mən də oranın əməkdaşıyam. Bu yaxınlarda Suriya ermənisi bəzi mahnılarımızı ifa etmişdi, özlərininki kimi.
- Malına sahib olmayanda özgələri mənimsəyər.
- Biz onun qarşısında neynəyirik. Dövlət televiziyasını çıxmaq şərti ilə bütün kanallar bəlli olmayan musiqilər ifa edirlər. İndi bədii şuralar yaradılıb, inamım var ki, mənbəyi bəlli olmayan musiqilərin, serialların qarşısı alınacaq. Onları vermək olmaz. Onlar cavanlara heç nə vermir.
- Verir, yaxşı şeylər vermir.
- Pisə yönləndirir. Bəsdir, reytinq arxasınca qaçdınız. Bəsdir, xalqı günahlandırdınız ki, guya xalq bunu istəyir. Xalq bunu istəmir. Biz istəyirik öz mədəniyyətimizə xidmət edək. Sağa-sola qaçmaq lazım deyil, gül kimi muğamımız var, kimin musiqsinin belə özülü var. Qayıdıb mənə deyir ki, sən kimsən, qoy, işinizi görək. Mən kiməm hamı bilir, bəs, sən kimsən? Vaxtilə İlhamə xanım üçün “Yalan” mahnısını yazmışdım, “Kaman” mahnısını da həmçinin. Oxuyurlar, heç müəllifini demirlər, bir halallıq almaq istəmirlər. Bəlkə, heç kim yazdığını bilmirlər. Ad çəkmirəm, çünki zəhərli musiqilərin ifası kütləvi hal alıb.
- Özülündə öz musiqimiz, çalarımız olanda həm qəlb oxşayır, həm də yadda qalır. Qalanları ötəridir. Bəzən eşitdiyimiz musiqinin hardan gəldiyi bəlli deyil.
- Banqladeşdən. Özləri bilirlər ki, ifa edən bilmir nə oxuyur axı. Unikal musiqimiz var bizim. Gəncləri bizim musiqidən uzaqlaşdırırlar. Pis musiqini təbliğ edirlər. Onu bəstələmək də asandır, musiqi deyil axı. Adət-ənənələrimizə, meyarlarımıza uyğun seriallar nümayiş olunmalıdır. Nə yedirdirik gəncliyə? Mənəviyyatsızlıq! Axışırlar səsyazma studiyalarına, səslərini kompyüter tənzimləyir, çıxırlar efirlərə. Canlı ifada isə xaric oxuyurlar. Mən bilirəm vəziyyət nə yerdədir. Mən inanıram bədii şuralar bunun qarşısını alacaq.
- İnanırsınız buna?
- İnanıram.
- Varsınız bədii şuralarda?
- Dövlət televiziyasında varam. Az.TV-də gözəl proqramlar hazırlanır. Azərbaycan Dövlət Televiziyası əvvəlki deyil, çox dəyişib. Bu televiziya dövlətin siyasətini aparmalıdır. İnsan mənəviyyatı da dövlət siyasətidir. Allahımdan və anamdan razıyam ki, məni bu sənətə gətiriblər. İki ali təhsilim var. Dövlət televiziyasında yeni layihə ilə çıxacam – “Gəlin, tanış olaq” adı altında. Azərbaycanda maraqlı insanlar var, adi insanlar arasında. Onların maraqlı fikirləri var. Veriliş əsnasında sosial roliklər təqdim edəcəm, etik davranışla, vətənpərvərliklə, mənəviyyatla bağlı. Həmsöhbətim həm də balaca uşaqlar olacaq, onların da fikirləri maraqlıdır. Yaxşı musiqilər səsləndirmək fikrim var. Başqa xalqlar, bayaq sadaladıqlarım bizim musiqidən bəhrələniblər, bəziləri bizim Konservatoriyada təhsil alıb hətta, amma gedib o musiqini öz musiqiləri kimi yayırlar. Biz neynəyirik, biz də yad, bayağı musiqilərdən yararlanırıq. Çox yanlış. Biz keçmişdə musiqi, mədəniyyət sayəsində çox irəli getmişik, uğurlarımız var, amma onunla fəxr edib qalmaq olmaz, irəli getmək, inkişaf etmək lazımdır. Tarixdə çox böyük insanlar olub. Anam Hüseyn Cavidi həyatda görmüşdü. Elə heyranlıqla danışırdı ondan. Onlar çox çətin dövrlərdə yaşayıb-yaradıblar. İndi müstəqillik, azadlıq, amma yolumuzu azmışıq. Bizə miras qalan Azərbaycan elmini, mədəniyyətini irəli aparmalıyıq. Davranış mədəniyyətini belə itirmişik, hamı bir-birinə tanıdı-tanımadı “sən” deyə müraciət edir. Balaca böyüyə əl uzadıb salam verir. Mən niyə razılaşdım dövlət televiziyasında veriliş aparmağa? Bütün bu sadaladıqlarımı efirdən demək, maarifləndirmək üçün. Gənclərə bunları demək lazımdır ki, bilsinlər. Çəngəl-bıçağı hansı əldə tutmağa qədər göstərmək lazımdır. Biz yeməyi göstəririk, onun mədəniyyətini yox. Məhəmməd Füzulidən soruşublar nədir cənnət? Üç detal deyib – bilgidir cənnət, sevgidir cənnət, ölçüdür cənnət. Bu üç sözün mənasına varın, görün nələr deyir.
Deyirlər əsas odur istedadı olsun, mahnı bəstələyirsə bəstəkardır də, neynəyir təhsili. Təhsilsiz istedad kimə lazımdır?
- Üzeyir bəyin davamçısı kimi milli bəstəkarlıqda kimləri demək olar?
- Qara Qarayev, Fikrət Əmirov, onun bəstəkarlıq məktəbindən yararlanan bəstəkarlarımızın hamısını.
- Qara Qarayev Şostakoviçin yetirməsidir.
- Üzeyir bəy göndərmişdi onu həmin məktəbi oxumağa, mayak Üzeyir bəydir. Hacı Xanməmmədovun müəllimi Zeydman olub, amma onun musiqilərinə kimin sözü ola bilər, sırf milli musiqi üzərindədir. Mənim də müəllimim başqası olub, amma musiqidə babam Üzeyir bəydir. Bəstəkar bütün xalqların musiqilərini bilməlidir. Qara Qarayev öz əsrindən bir əsr sonranın musiqisini yazırdı. Əvvəl qəbul etmirdilər, çünki anlamırdılar, amma sonradan anladılar onun dahiliyini. Estrada musiqisində Rauf Hacıyev fenomendir. Tofiq Quliyevin, Vasif Adıgözəlovun, Emin Sabitoğlunun musiqilərinə tay musiqi varmı? Arif Məlikova Allah rəhmət eləsin, Qara Qarayevin yetirməsi idi, amma özül yenə Üzeyir bəydir. O ki qaldı adlarını çəkdiklərimizin davamçılarına, o həmişə olmur. Min bəstəkardan biri Arif Məlikov ola bilər. Cahangir Cahangirov hər gün doğulmur. Hər kəsin öz yolu var, azaddır, amma bünövrədəki prinsipləri qorumaq lazımdır. Mən 2006-cı ildə Şimali Kipr Universitetində dərs deyirdim. Türkiyənin ikinci, ya üçüncü universitetidir. Dünyanın hər yerindən orda müəllimlər vardı. Mənim hörmətim başqa idi. 2016-cı ildə yenə dəvət etdilər. Ordan gələndən sonra Mədəniyyət və İncəsənət Universitetində bəstəkar və rejissor işindən dərs dedim. Kitabım çıxdı, professor oldum. Dəvəti qəbul etmədim, istədim uğurlarıma burda imza atım. Hər gün musiqi ilə məşğulam, hər gün axtarışdayam.
- Nə vaxtsa Azərbaycan musiqisində bugünkü qədər qarışıqlıq, başqa, yad notların müdaxiləsi olub?
- İndiki kimi olmayıb. Qorumuşuq, peşəkarların əlində olub. Mən 3-cü kursda oxuyurdum, Cahangir Cahangirovla, Emin Sabitoğlu ilə eyni sırada növbədə dururduq ki, musiqimizi Bədii Şuradan keçirək. Bəzən keçmirdi musiqilərimiz, demək layiq olmurdu efirə çıxmağa.
- İndi siz həmin Bədii Şurada varsınız, heç olubmu hansısa musiqinin efirə çıxmasına icazə verməmisiniz?
- Olub. Yalnız musiqi deyil axı dərdimiz. Efirlərdə Bədii Şuranın nəzarətindən keçməli olan o qədər məsələlər var ki. Xalqa sənəti təbliğ etmək, heç təbliğ etmək yox e, sadəcə göstərmək lazımdır. Özü sevəcək, alnımızda kod kimi yazılıb malik olduğumuz sənət, musiqi. Onu oyatmaq lazımdır. Musiqinin təhsilini alan adam heç vaxt xalqa yanlış, bayağı musiqi təqdim etməz. Mənim iki təhsilim var, hətta üç. Pedaqoji təhsilim də var, musiqi təhsilim də. Musiqidə həm fortepianonu oxumuşam, həm bəstəkarlığı.
- İndi mahnılarınızı kimə verirsiniz, oxuyanlar varmı?
- Hələ yaxşı müğənnilər var, oxuyurlar. Yaxşı müğənni pis musiqiyə meyl etməz. Bakı həmişə musiqi məkanı olub, biz musiqini biləniyik.
- Siz Bakıda böyümüsünüz?
- Pasportumda Gəncə yazılıb, orda doğulmuşam, Anam Ordubadlıdır, atam Tiflisdən. Atam həkim olub, işi ilə bağlı çox yerlərdə olub. Atamı pantürkist kimi həbs etmişdilər, sonra buraxmışdılar. Ömrünün sonuna qədər qapı döyüləndə həyəcanlanırdı. Bu zədə mənə də sirayət etmişdi. Böyük qardaşım hüquqşünas oldu, hüququ bilməyimiz üçün. Mənim uşaqlığım pianino arxasında keçib. Bakıda həmyaşıdlarımız hamısı musiqiyə gedirdi, qərb musiqisini notsuz çalırdıq. Bizim dövrümüz bir başqa idi, amma mən arxaya yox, irəli baxmaq istəyirəm. 60-cı illər Bakısı dünyanın ən gözəl məkanı idi. Qadınlar çox gözəl geyinərdilər, zövqlə. Heç fransız modelləri helə gözəl deyillər. Mühitimiz sənətlə, elmlə, mədəniyyətlə yoğrulmuşdu. İndi görürəm gənclər o dövrün böyük sənətkarlarını tanımırlar. Ağrıdır adamı. Onlar toylara gedib ciblərinə işləməyiblər, sənətə xidmət ediblər.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-05-2019, 15:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-05-2019, 15:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07