“Kim pisdirsə, koronavirus onları dənləyib apardı“ - Əli Mirəliyevdən qalmaqallı AÇIQLAMA
“Bu pandemiya xəstəlik deyil, Allahın bəlasıdır. Bu yer üzünə göndərilmiş bəladır, çünki insanlar qudurublar, “çaşıblar”, böyük-kiçik, hörmət-izzət qalmayıb, kim ağzına nə gəlir, onu edirdi”.
Bu sözləri tez-tez qalmaqallı açıqlamaları ilə gündəmə gələn müğənni Əli Mirəliyev deyib.
İfaçı koronavirusu “Allahın cəzası” adlandırıb:
“Bu pandemiya xəstəlik deyil, Allahın bəlasıdır. Allah insanlara bir növ qulaqburması verdi. Göstərdi ki, buranın sahibi mənəm, ey insanlar, siz deyilsiniz, özünüzü yığışdırın. Bütün dünya Azərbaycana qarşı çıxdı, amma Azərbaycan sübut etdi ki, biz türk millətiyik, hər zaman qalib olmuşuq və indi də qalib gəldik. Bu pandemiya bəlası kim pisdirsə, onları dənləyə-dənləyə apardı. Baxın, bugün koronavirus bütün Avropanı basıb, elə onlar ölməlidirlər, öləcəklər də! Rusiyada yayılıb, onlar da ölməlidirlər. Amma Azərbaycan milləti yazıq, sakit millətdir, bicliyimiz yoxdur, bizlər təmiz insanlarıq, İslam dininə tabeyik. Bunlar hamısı şərtdir”.
Ə.Mirəliyev bildirib ki, toylara icazə verilsə də bu mərasimlərin formatı mütləq dəyişilməlidir:
“Toylar olsun, amma 500 nəfər əsgəri kazarmaya soxan kimi adamları şadlıq sarayına yığmaq lazım deyil. 60-80 nəfər qonaq olsa bəsdir. Necə ki, biz Sovet dövründə məclislərdə iştirak edirdik, az adamla məclislər keçirilirdi, indi də elə olsun. Akif İslamzadə, Hüseynağa Hadıyev, mən və bizim nəslin başqa sənətçiləri belə məclislərdə ifa etmişik. Bizim toylarda ən çox 90-100 nəfər olub”.
Müğənni şadlıq saraylarında karantin qaydalarına riayət etməklə el şənliklərinin keçirilməsinin tərəfdarı olduğunu qeyd edib:
“Maksimum 100 nəfərlə toy etmək olar. İndiki dövrə də bu tam uyğundur, həm sosial məsafə gözlənilər, həm də musiqi dinləmək baxımından bu daha yaxşı olar. 500 adamla 100 adam olan məclis bir deyil axı. Təsəvvür edin, şadlıq sarayında 500-600 adam olur, elə hərəsi bir kəlmə danışsa. Toy yox, bazar olur. Hələ uşaqları da gətirirlər, onlar da bir tərəfdən ağlayır. Belə olan halda musiqidən necə feyz almaq olar?! Əvvəllər əmioğlu, bibioğlu, bir sözlə ən yaxın qohumlar toyda iştirak edirdi, yenə belə olsa əla olar. İnşallah, bu da olacaq, Prezidentimiz az adamla məclislərə icazə verəcək. 500 nəfəri toya yığıb, yolçuluq etmək lazım deyil. Toy edirsən ki, övladlarının xoş gününü görəsən, arzu-kamına çatasan, amma o qədər adam nəyə lazımdır? Bir də görürsən çağrılan qonaqların çoxsu heç gəlmir, hazırlanan yeməklər süfrədə qalır, israfçılıq olur, bu düzgün deyil. 50-60 ən yaxınlarını çağır toyunu et, daha hər küçədən keçənə dəvətnamə paylama”.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-02-2021, 16:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-02-2021, 16:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29