“Eurovision”-da müxalifətə qarşı mahnı? – Təşkilatçılar Belarusa müraciət etdi
“Eurovision” mahnı yarışının təşkilatçıları Belarusdan Rotterdamda keçiriləcək müsabiqəyə təqdim olunmuş mahnını dəyişməyi rica edib.
“Eurovision” təşkilatçılarının Belarusun “Belteleradio” dövlət şirkətinə müraciətində deyilir ki, ölkənin müsabiqəyə təqdim etdiyi mahnı yarışın qeyri-siyasi məzmun prinsipini pozur. Söhbət “Qalası 3Mesta” qrupunun “Mən səni öyrədərəm” adlı mahnısından gedir.
Mahnının nəqaratında deyilir: "Mən səni tütək səsinə oynamağı öyrədərəm. Mən sənə simlərin üstündə gəzməyi öyrədərəm. Sən hər şeydən razı qalacaqsan və şad olacaqsan...Bu sənin özünçün də yaxşıdır”.
Dünya mediası yazır ki, bir çoxları bu mahnıda siyasi məna görüblər və tənqidçilər düşünürlər ki, mətn prezident Aleksandr Lukaşenkoya qarşı kütləvi aksiyalarda iştirak edənlərə ünvanlanıb.
Rusiyanın “İnterfax” agentliyi yazır ki, “Qalası 3Mesta” qrupu bundan əvvəl də Belarus müxalifətinin nümayəndələri Svetlana Tixanovskaya, Pavel Latuşko və Mariya Kolesnikova barəsində satirik kliplər hazırlayıb. Belə bir qrupun Belarusdan necə təqdim olunduğu məlum deyil. “Qalası 3Mesta” qrupunun başçısı Dmitri Butakov “Eurovision” təşkilatçılarının müraciətinə münasibət bildirib.
O RIA Novosti agentliyinə deyib ki, onun kollektivi “Eurovision 2021” yarışında iştirakdan ümumiyyətlə imtina edə bilər. Butakov deyib ki, mahnının sözlərini dəyişmək niyyətində deyil.
Ötən il koronavirus pandemiyasına görə ləğv edilmiş “Eurovision” mahnı müsabiqəsi bu il mayın 18-dən 22-dək Rotterdam şəhərində keçiriləcək. Yarışda 41 ölkənin iştirakı nəzərdə tutulub.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-03-2021, 12:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-03-2021, 12:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09