reklam
Regionxeberlericom.az » Mədəniyyət » “Başqa çıxış yolumuz yoxdur, dözməliyik!“ - Namiq Məna

reklam

“Başqa çıxış yolumuz yoxdur, dözməliyik!“ - Namiq Məna



Azərbaycanda koronavirus epidemiyasına görə kütləvi mərasimlər, o cümlədən toylar bir ildir qadağan edilib.

Bir il ərzində ara-sıra karantin rejimi yumşaldılsa da, kütləvi tədbirlərin keçirilməsinə qoyulan qadağa qüvvədə qaldı.

Bu isə əsas gəliri şənlik məclislərindən olan sənət adamlarının etirazına səbəb olub. Tez-tez qazanc yerlərinin olmamasından gileylənən müğənnilər toyların keçiirlməsinə icazə verilməsini tələb edirlər.
Bəs görəsən toylardan pul qazanan meyxanaçılarda vəziyyət necədir?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan bədihəçi-şair, söz ustadı Namiq Məna meyxanaçıların da digər sənət adamları kimi çətinlik çəkdiyini bildirib:

“Maddi məsələlərdən danışsaq, müğənnilər kimi bizim də gəlirimiz el şənliklərindən olurdu. Oradan müəyyən qonorar alırdıq. Amma yenə də səbr edirik, çünki başqa çıxış yolumuz yoxdur. Səbr etmək, gözləmək lazımdır”.

Meyxanaçı aylar əvvəl özünün də koronavirusa yoluxduğunu açıqlayıb:

“Ellə gələn bəla toy-bayramdır deyiblər. Artıq bir ildir ki, koronavirus bütün dünyanı cənginə alıb, bu vəziyyət tək bizim ölkədə deyil. Şükürlər olsun ki, bizim güclü səhiyyəmiz var və biz bu bəladan az itki ilə qurtulmağı bacarırıq. Buna baxmayaraq, xəstəlik olduqca təhlükəlidir. Hətta 7-8 ay öncə mən də koronavirusa yoluxmuşdum. Şükürlər olsun ki, yüngül keçirdim. Amma bəzi dostlarım var idi ki, xəstəliyi çox ağır keçirdilər. İnsan üçün ən vacib şey can sağlığıdır, ona görə səbrli olmaq lazımdır. Dövlətin, TƏBİB-in bu məsələdə verdiyi hər bir qərar vətəndaşların xeyrinədir. İstənilən insanla birlikdə olanda sosial məsafəni qorumaq lazımdır, düşünməlisən ki, o adam potensial daşıyıcıdır. Bu ciddi xəstəlikdir, hazırda mənim də qohumlarım, yaxınlarım var ki, koronavirusa yoluxublar, Allah hamıya şəfa versin. İncəsənət sahəsində də bu xəstəliyə görə neçə-neçə insan itirdik…”

N.Məna pandemiya müddətində Azərbaycan xalqının böyük Qələbəsindən, Vətən Müharibəsindən də danışıb:

“Pandemiya dövründə yaşasaq da qələbə əldə etdik. Qarabağ sevincini yaşadıq. Allah şəhidlərimizin ruhunu şad eləsin. Mən onların ruhu qarşısında baş əyirəm, qazilərimizə şəfa diləyib, əsgərlərimizi salamlayıram. Sağ olsunlar ki, bizə Qarabağ sevincini yaşatdılar”.

Karantinə şahidlik edən sənətçilər arasında olan söz ustadı bunu fürsətə çevirdiyini qeyd edib:

“Bəziləri pandemiyaya görə sənətdən uzaq düşdüklərini, motivasiyalarının olmadığını desə də, mən bununla razı deyiləm. Yaradıcılıqla məşğul olmaq üçün əksinə daha çox şəraitimiz oldu. Evdən çıxmırsan deyə mütaliə üçün, yaradıcılıq üçün şans yaranır. Belə xəstəliklər zamanı gərək panikaya düşməyəsən, əhval-ruhiyyəni yüksək tutasan. Bu xəstəliyin özündən çox panikaya düşmək insanın immunitetini aşağı salır. İnsan kədərli, qəmgin, niskilli olduqda bu, birbaşa onun immunitetinə təsir edir. Hər bir insan özünün həkimi olmalı, sağlamlığını qorumalıdır. Məsəl var ki, özünü qoruyanı Allah da qoruyar. İnşallah, qısa zamanda bu bəladan canımızı qurtararıq”.


Paylaş:


Müəllif : Tarix:
15-03-2021, 13:28
Sikayət   


loading...
Загрузка...