reklam
Regionxeberlericom.az » Mədəniyyət » Əməkdar artistin xanımı: “ Bir dəfə boynunda qırmızı ləkə gördüm“ - Video

reklam

Əməkdar artistin xanımı: “ Bir dəfə boynunda qırmızı ləkə gördüm“ - Video


"Cavanlıqda dəfələrlə xəyanət edib, üzünə vurmamışam. Hiss etmişəm, amma demirdim”.

Bu sözləri Əməkdar artist, tanınmış aktyor Rəhman Rəhmanovun həyat yoldaşı Gülbikə xanım efirdə deyib.

Xanım ARB telekanalında yayımlanan "Onun sirri" proqramında aktyorun ona dəfələrlə xəyanət etdiyini açıqlayıb:

"Cavanlıqda dəfələrlə xəyanət edib, üzünə vurmamışam. Pərdə saxlayırdım. Gedirdi-gəlirdi, "qastrol" adıyla evdən çıxırdı. Amma axşamlar qayıdırdı. Eşitdim, mənə dedilər, qayıtdım ki, cavandır, kişidir, eybi yoxdur. Hərdən gecələr gəlmirdi, yalandan deyirdi işim var idi. Amma həmişə evə girəndə gülə-gülə qarşılayırdım. Bir dəfə boynunda qırmızı ləkə gördüm, qadınam, anladım, ancaq soruşdum, cavab vermədi, mən də heç nə demədim. Hərdən üzündə zər olurdu. Sonra eşitdim ki, ayrılıb. Şükür etdim ki, ayrılıb”.

26 ildir sənətçi ilə ailəli olan Gülbikə xanım əri nə etsə də səsini çıxarmadığını deyib:

“Onu özümdən də çox istəyirəm. 26 ildir ailə qurmuşuq. Nə etsə də, danışmamışam. O mənim həm anam, həm atamdır. Uşağım yoxdur deyə, həm balam, həm həyat yoldaşım, həm ürəyimdir".

Həmin görüntüləri təqdim edirik:





Paylaş:


Müəllif : Tarix:
15-03-2021, 13:42
Sikayət   


loading...
Загрузка...