reklam
Regionxeberlericom.az » Mədəniyyət » Manaf Ağayev: “Günel dedi ki, sevgilim deyilsən, niyə borcumu ödəməlisən?“

reklam

Manaf Ağayev: “Günel dedi ki, sevgilim deyilsən, niyə borcumu ödəməlisən?“



"Verilişdə dedilər ki, evinin borcu var. Kənarda qayıtdılar ki, nə əcəb Manaf kömək etmir. Cavab verdim ki, problem deyil, ödəyərəm. Günel yaxşı qızdır, Allah onun balasını gözünə çıraq etsin. Əslində elə orda etirazını bildirdi, yardım istəmədi".
Bu sözləri müğənni Manaf Ağayev "Hüseynova bacıları" verilişində deyib. Sənətçi həmkarı Günel Ələkbərovanın banka olan ev borcunu ödəməsi məsələsinə aydınlıq gətirib:
"Verilişdə dedim, iki-üç gündən sonra kömək edəcəm. Etiraz etdi ki, sevgilim, qohumum deyilsən, niyə kömək etməlisən. Götürmədi pulu. Sonra sürücüdən 2000 min göndərdim ki, banka ödəyib borcu bağlasın. Günel icazə verməyib, pulu qaytardı. Düşündüm ki, bəlkə məndən utanır. Günelə çox söz yazdılar, yəqin ona görə istəmədi. Hər qızın başı üçün deyil belə addım atmaq. Güneli çox istəyirəm, dostluğumuz yerindədir".


Paylaş:


Müəllif : Tarix:
16-03-2021, 11:08
Sikayət   


loading...
Загрузка...