“Hamıya “səni sevirəm“ deyirəm“ - Brilliant Dadaşova
"Musiqi sahəsində çox saxtakar bir dövrə gəlib çıxdıq. Hamı efirdədir, üzdədir. Ortabab musiqiçilər, özfəaliyyət baş alıb gedir”.
Bu sözləri Xalq artisti Brilliant Dadaşova “Xəzər” telekanalında yayımlanan “Səhər Mərkəzi” proqramında qonaq olarkən deyib. Sənətçi hər verilişə getmədiyini bildirib:
“Musiqi sahəsində çox saxtakar bir dövrə gəlib çıxdıq. Musiqini nəzərdə tuturam. Hamı efirdədir, üzdədir. Piarla, danışıqla, özünü gözə soxmaqla özfəaliyyət yüksək dərəcələrə gəlib çıxıb. Hər şey qeyri-ciddidir. Mən də deyirəm, kaş onlara qulaq asmayaydım. Çox verilişlərə getmirəm, özümü orada görmürəm. İndi fikir verirəm ki, deyirəm orada, burada görmürəm. Bir də ayılıram ki, oturub Vladimir Jirinovskiyə baxıram".
Sevgidən danışan Xalq artisti hazırki dövrdə hər şeyin adiləşdirildiyini qeyd edib:
"Sevgi çox ucuzlaşıb, kifayət qədər qiymət verilmir. Ona görə də ayrılıqların sayı artıb. İnsanlar bir-birinə həsrət qalmır. Telefon əllərində, hamının bir-birindən xəbəri var. İndi saniyə belə keçmir məktubun çatır. Bəlkə yaşamaq asanlaşıb, amma bir tərəfdən də çətinləşir. "Səni sevirəm" sözü gözəldir. Son günlər dəb düşüb, hamı bir-birinə deyir. Mən də deyirəm: dosta, qonşuya, uşağa, qohuma".
Paylaş:
Müəllif : Fuad
Tarix:19-03-2021, 16:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-03-2021, 16:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti