“Əbülfəs Qarayev dedi ki, sənin düşmənin kimdir ki, indiyə qədər fəxri ad ala bilməmisən?”
“Doğum günümü adətən ailəmlə birlikdə restoranda keçiririk. Amma bu il hələ ki, bilmirəm, qərarsızam. Bilirsiz ki, pandemiyadır, restoranlarda toplaşmaq da risklidir. Ona görə də yenə də ailəmlə birlikdə olacağam, bu dəfə yəqin ki, doğum günümü evdə qeyd edəcəyik”
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa, bu gün doğum gününü qeyd edən Xalidə Şərifova deyib.
“Bəs uzun illərdir çalışdığınız teatrdan necə, təbrik gözləyirsinizmi?” sualına isə aktrisa belə cavab verib:
“Hər bir qadın kimi mən də diqqəti sevən bir insanam. Bilirəm ki, diqqət göstərib doğum günümü təbrik edənlər olacaq. Mən həmin insanlara bəri başdan təşəkkürümü bildirirəm. Hal-hazırda bilirsiniz ki, Gənc Tamaşaçılar Teatrında çalışıram, gözləyirəm görüm məni necə təbrik edəcəklər? Hərhalda mən neçə illərdir ki, teatrda çalışıram, bu mənim haqqımdır. Öz haqqımı istərdim. Mənə layiq olanı versinlər” deyə aktrisa bildirib.
Sənətkar indiyə qədər fəxri ada layiq görülməməsindən də danışıb.
“Adım dəfələrlə nazirliyə gedib, amma buna baxmayaraq mənə hələ də fəxri ad verilməyib. Səbəbini özüm də bilmirəm. Hətta keçmiş Mədəniyyət Nazirimiz Əbülfəs Qarayev özü təəcüblənmişdi ki, de görüm sənin düşmənin kimdir ki, sən bu vaxta kimi fəxri ad ala bilməmisən? Prezident Administrasiyasına da müraciət etmişəm, onların dediklərinə görə təqdimatım gəlib ora çatmayıb. Məni tədbirlərdə “çıxış edir xalq artisti Xalidə Şərifova” kimi təqdim edirlər. Tez gedib deyirəm ki, mən xalq artisti deyiləm. Deyirlər bəs hansı fəxri adın var? Bildirirəm ki, heç “Əməkdar artist”-də deyiləm. Təbii ki, inanmırlar. Mənim teatrlarda oynamadığım rollar qalmayıb. Hansı ki, indi xalq artisti olanların əksəriyyəti o vaxtlar mənim yanımda ikinci və üçüncü dərəcəli obrazlar oynayırdılar. Mən “Olqa”, “Katerina”, “Cessi”, “Yudif”, “Gülnar”, “Şirin” və s.bir çox baş rolların ifaçısı olmuşam, niyə görə mənə fəxri ad verilməyib, bax bunu deyə bilmərəm. Bircə onu bilirəm ki, qapı döyməmişəm, sadəcə olaraq son illərdə maraqlanmışam. Hətta Əbülfəs Qarayev işçilərinə qışqırıb dedi ki, mən deməmişəm sizə bu aktrisaya fəxri ad verin?! Mədəniyyət Nazirliyində Vəfa Novruzova adlı bir xanım var, o sənədləri qoymur yuxarı getsin. Kim onun adamıdırsa, dostudursa sənədləri göndərir yuxarı, kimin onunla əlaqəsi yoxdursa o sənədləri qoymur getməyə. Mən hər zaman arzulamışam mədəniyyətimizdə, incəsənətimizdə mədəniyyəti, sənəti başa düşən xanımlar çalışsınlar, amma təəssüf hissi ilə qeyd etmək istərdim ki, bu xanım bazar alverçisidir! Nə onun savadı, nə dünyagörüşü imkan vermir ki, o orada işləsin! O alverlə məşğul olmalı idi, alveri çox yaxşı bacarır” deyə aktrisa bildirib.
Aktrisa çalışdığı teatrlarda əsas rollarda oynadığını bildirib və həmçinin bir çox tədbirlərin aparıcısı olub.
“Ən məhsuldar fəaliyyətim Lənkəran Dövlət Dram Teatrında olub. Bu teatrda baş rollarda çıxış etmişəm. Mən o zaman Lənkəran Dövlət Dram Teatrında “Yudif” tamaşasını oynamışdım. Bu mono tamaşa idi. Sizə deyim ki, Azərbaycan teatrında Yudifi heç kim oynamayıb. Bəhram Osmanov bu tamaşanı çox gözəl hazırlamışdı. Məni bu tamaşada görmüşdülər, ona görə də Akademik Milli Dram Teatrına dəvət etdilər. Teatra gələn kimi Lütfi Məmmədbəyov “Məhəbbət yaşadır” tamaşasında Nilufər obrazını mənə verdi. Biz o tamaşa ilə bir çox qastrol səfərlərində olduq. Akademik Milli Dram Teatrında da yaxşı rollar oynamışam, Firəngiz Mütəllimova, Zərnigar Ağakişiyeva, Səidə Quliyeva ilə dublyor olmuşam. 10 ilə yaxın mən bu sənət ocağında çalışdım. Daha sonra bəzi konfliktlər əmələ gəldi, mən nazirliyə şikayət etdim. Məsləhət gördülər ki, sən Gənc Tamaşaçılar Teatrına get, ora sakit yerdir. Gəldim, həqiqətən də sakit yer idi. Sadəcə olaraq bu teatrda daha çox uşaq rollarına üstünlük verilirdi. Ona görə də rol olanda oynayırdım, olmayanda da o boşluqdan istifadə edib bir çox mötəbər tədbirlərdə şeir deyib, aparıcılıq edirdim. Hal-hazırda da Gənc Tamaşaçılar Teatrında rejissor Ağalar İdrisoğlu ilə Xalq şairi Nəriman Həsənzadənin “Qarabağnaməm İlhamdır” əsəri üzərində işləyirik. Çox gözəl əsərdir, tamaşada əsas rollardan biri olan şəhid anası obrazındayam. Biz tamaşanı onlayn məşq edirik. Çox istərdik ki, bu tamaşanı məşq edib, təhvil verilməsi üçün bizə lazımı imkanları yaratsınlar. Biz bu tamaşanı Azərbaycanın hər yerində oynamaq istəyirik” deyə aktrisa bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-04-2021, 11:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-04-2021, 11:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16