“Əvvəl mənəviyyatınızı itirirsiniz, sonra şəxsiyyətinizi, daha sonra ailənizi verirsiniz...“ - Flora Kərimovadan sərt sözlər
“Azərbaycanfilm” kinostudiyasına sabiq rəhbəri Müşfiq Hətəmov “Space” telekanalına yeni direktor təyin edildi. Direktor təyin olunduqdan sonra onun şəninə təriflər deyilməyə başlandı. Hətta yeni rəhbərlə yolu kəsişməyən, heç vaxt üz-üzə gəlməyən adamlar belə sosial şəbəkələrdə yeni rəhbərin istedadından danışmağa başladılar.
Maraqlıdır, insanlar niyə vəzifədən çıxanları baltalayır, yeni təyinat alanları qaldırıb göyün başına çıxarırlar?
Mövzu ilə bağlı danışan Xalq artisti Flora Kərimova həmin insanları yaltaq adlandırıb:
“Bu yaltaqlıq bizim kütlənin bəlasıdır. Kimsə gələn kimi başlayırlar yaltaqlığa, sonra bir şey olanda o adamdan elə üz döndərib, elə biabır edirlər ki, deməyə söz tapmırsan. Açığı, mən "Space" telekanalına yeni təyin olunan Müşfiq Hətəmovu tanımıram, ancaq mən olsaydım istəyərdim ki, məni tərif eləməsinlər. Ümumiyyətlə, kimisə boş-boşünə tərifləməyi qadağan etmək lazımdır. Çünki kim gəlir yaltaqlıq edirlər. Bu təkcə telekanallara aid deyil, bütün sahələrdə bu problem yaşanır. Vəzifəyə gələni bütün günü tərifləyirlər, mədh edirlər, gedən kimi də baltalayırlar, bu baltanın nə eni bilinir, nə uzunu. Mən bu mövzuda bir-iki ziyalı ilə də mübahisə edib onlarla üz-göz oldum. Bəsdir!”
80 yaşlı sənətçinin fikrincə, vəzifəyə gedən şəxslər kiminsə səmimiyyətsiz tərifinə ehtiyac duymurlar:
“Nə Prezident, nə də vəzifəyə gedən adamlar sizin yaltaqalığınıza möhtac deyil! Bilmirsiniz ki, sizə onsuz da insanlığınıza görə qiymət verəcəklər? Əgər siz təzə kabinetdə kimisə satmırsınızsa, elə bu özü kişilik olacaq. Ay kütlə, özünüzə gəlin, əl çəkin bu şeylərdən! Mən bir şəxs tanıyıram, onun işlədiyi idarəyə yeni müdir təyin edilmişdi. O axşama qədər gözlədi, hamı evinə gedəndən sonra müdirin yanına girdi, dedi ki, “mən bu idarədə sizin qulağınız ola bilərəm”. Yəni həmin şəxs insanları satacaqdı. Birinci mənəviyyatınızı itirirsiniz, sonra şəxsiyyətinizi, daha sonra ailənizi ayağa verirsiniz, sonda da bütün milləti. Siz bu gün kiməsə yaltaqlananda sabah düşmən qılıncı ilə başınızın üstünü kəsdirəndə milləti də satacaqsınız. Prezidentə bütün günü yaltaqlananlar var, o, onsuz da etdiyini etdi, millətin də alqışını eşitdi. O, millətin alqışına inandı”.
Xalq artisti M.Hətəmovu tanımadan ona təriflər yağdıranlara səslənib:
“Belə şeylər görəndə çox pis oluram. İndi də "Space" TV-ə gələn yeni rəhbəri tərifləyirlər. Tanıdılar, tanımadılar tərif edirlər. Amma təki yeni rəhbər o təriflərə layiq olsun və "space"ni öz səviyyəsini qaldıra bilsin. Müşfiq bəyi tanımadan tərifləyənlərə bircə sualım var: Əgər belə tərifləyirsinizdə, bu qədər istedadlı olduğunu bilirdinizsə, niyə əvvəldən o insanı önə çəkmirdiniz, niyə demirdiniz ki, ay camaat, belə istedadlı adam var?! Niyə bu günə qədər bir dəfə də olsun onun namizədliyini dilinizə gətirmirdiniz? Belə söz qəhrəmanlarını görəndə, gərək onları ifşa edək.
Müşfiq bəyin yeni vəzifəsi xeyirli, düşərli olsun, onu təbrik edirəm. İnşallah, sənət adamları, mən də daxil olmaqla ondan razı qalarıq. Rəhbərlik dəyişirsə, demək ki, nəsə yeniliklər mütləq olacaq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-05-2021, 13:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-05-2021, 13:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07