"Efirlərə çıxıb, sosial şəbəkələrdə oturub şəxsi həyatla bağlı söhbət etmək olmaz" - ETİRAZ
Son vaxtlar bəzi müğənnilərin şəxsi həyatı ilə gündəmə gəlməsi sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biridir. Bəzi istifadəçilər müğənnilərin gənclərə pis örnək olduqlarını iddia edir.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni, cazmen Cavan Zeynallı sənətçilərin efirdə şəxsi həyatları barədə danışmasının əleyhinə olduğunu qeyd edib:
“Bilirsiniz, həyat tamam ayrı yöndə irəliləyir. Cavanların beyni artıq ayrı cür işləyir və ona görə burada problemlər meydana çıxır. Mən o vaxtların adamıyam, bilirəm ki, o zamanlarda həyat necə idi. O vaxtlar belə problemlər olmurdu. Başımızı aşağı salıb işləyirdik. Amma bu gün adamlar bilmir ki, sabah başlarına nə gələcək. Ona görə də bəzən səhvlər edirlər. Efirlərə çıxıb, sosial şəbəkələrdə oturub şəxsi həyatla bağlı söhbət etmək olmaz”.
75 yaşlı sənətçi bəzi həmkarlarının bu tip mövzularla gündəmdə qalmağa çalışdığını qeyd edib:
“Sanki kimsə bizim sənətçilərə dedi ki, əgər məşhur olmaq istəyirsənsə, xalqın diqqətində qalmaq isyirsənsə, mütləq skandal etməlisən. Mən o vaxt belə şeylər görməmişəm. Son illər bu tip skandallar daha da qabardıldı. Hamı populyar olmaq istəyir, ona görə tez-tez özəl həyatlarından danışırlar.
Mən heç vaxt belə mövzulara girmirəm, çalışıram qalmaqallardan, skandallardan kənarda qalım. Bu yaşımda mən televizorun qarşısında əlimdə pultla otururam. Efirlərə baxram, elə ki, gördüm bu tip söhbətlərə keçdilər, tez kanalı çevirirəm. Belə şeylərə qarışmadığım üçün də məni sevirlər. Tək istedadıma görə yox, insan kimi də sevirlər. Sənətçi gərək birinci insan olsun. Yoxsa, bəzisi başlayır ki, “Mən nömrə birəm”, “Avropaya, Türkiyəyə gedirəm” və s. A kişi, birinci adam olun”.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-05-2021, 17:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-05-2021, 17:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07