reklam
Regionxeberlericom.az » Mədəniyyət » Dilarə Nadirə sataşdı: ““Eurovision“ səhnəsinə “Maral“la çıxmalıdırlar?“

reklam

Dilarə Nadirə sataşdı: ““Eurovision“ səhnəsinə “Maral“la çıxmalıdırlar?“


Müğənni Dilarə Kazımova Avroviziya təmsilçimiz Samirə Əfəndinin müdafiəsinə qalxıb.

O, Samirəni tənqid atəşinə tutan həmkarlarının dediklərinə cavab verib:

"Hər şey birdən alınmır. Olmur ki, geyimi dəyiş yallı get, sonra təzədən geyin. İnsanlar hər şeyi şişirdirlər. Deyirlər, çimərlik geyimində, bodidə çıxmayın. Nə ilə çıxsın? "Eurovision" səhnəsinə "Maral"la çıxmalıdırlar? Qapalı geyinməlidirlər? "Maral"ı xalq mahnısı kimi tanıyıram. Nadir Qafarzadəni çox sevirəm. Samirə əlindən gələni etdi, yaxşı oxudu. Üstünə niyə düşürlər? Fərqli insanların davasına girişməyi fikirləşmirəm. Samirəyə dəstək oluram, çünki vaxtilə mənə də o dəstək lazım idi".

Xatırladaq ki, Nadir Qafarzadənin “Mercedes” tumanla yallı gedəndə belə olmalıydı da” sözləri sosial şəbəkədə xeyli müzakirə olunmuşdu.


Paylaş:


Müəllif : Tarix:
2-06-2021, 17:11
Sikayət   


loading...
Загрузка...