"Çəkildiyimiz serialdan 2 aydır pulumuzu ala bilmirik" - QALMAQAL
“2 ay əvvəl Əminə Babayeva adlı şəxsdən bizə serialda çəkilmək üçün təklif gəldi. Biz də böyük ümid və sevinclə bu işə qol qoyduq. Çünki 2 ildir ki, heç bir yerdə çəkilmirdik. Bütün bu əziyyətlərə baxmayaraq çəkildiyimiz serialdan 2 aydır pulumuzu ala bilmirik. Gözlədi ki, hamı sussun, yaddan çıxsın və heç kim haqqını tələb etməsin. Gördü ki, yox, aktyorların heç biri susmur. İyun ayının sonundan çəkilişlərdəyik, iyul və avqust ayını çəkilişlərdə olmuşuq, bir qara qəpiyin yiyəsi deyilik. Öncə dedi ki, serialın adı “Anlaşma” olacaq, daha sonra dedi ki, həmin adda serial olduğuna görə adını dəyişib “Sözləşmə” edəcəyik. Murad İsmayıl və Ülviyyə Xəlilbəyli baş rollardadır, mən isə ana obrazındayam. Hamımız gecə-gündüz sərasər çəkilişlərdə olmuşuq, qan-tərə batıb istidə güc-bəla ilə çəkilmişik, indi rejissor nə bizim, nə ev yiyəsinin pulunu verir, nə də texnikaların”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, Sumqayıt Dövlət Dram Teatrının aparıcı aktrisası Xatirə Süleymanova deyib. Sənətçi daha sonra əlavə edib ki, Əminə Babayeva adlı şəxs onların pulunu verməmək üçün min bir bəhanə gətirib.
“Danışdığı yalanlardan, fırıldaqlardan artıq bezib-usanmışıq. Qadın olasan, bu qədər yalan danışasan? Dediyinə görə 6 seriyanı Atv kanalına satıb, bizə çek yollayıb ki, baxın balansımda 15 min manat pul var. Deyir ki, sentyabrın 13-də ilk efir günüdür. Təbii ki, biz onun bu yalanına inanmadıq, hətta ondan tələb etdik ki, göstər sənədləri, müqavilələri bizə, amma göstərmədi. Deyirəm ay kişinin qızı, Atv rəhbərliyi hamısı məzuniyyətdədir, nə vaxt səni qəbul etdi? Sonra dedi ki, mən bu 15 min manatı 5 min, 5 min 3 nəfərin kartına atmalıyam ki, dövlət məndən nə vergi, nə də sosiala pul çıxsın. İndi də deyir ki, pulu çıxara bilmirəm, Beynəlxalq bank pulumu vermir, Yapı Kredi Bank pulu vermir. İndi də atıb bankların üstünə. Dedik ki, Beynəlxalq bankın hansı şöbəsindəsən, de gələk ora. Söhbəti fırlatdı ki, serialda çəkilən aktyorun kartına vurmuşam pulu. Həmin aktyor da and-aman etdi ki, vallah mənim kartıma pul köçürülməyib. Daha sonra yenə dedi ki, bankdan pulu çıxaranda kimsə məni itələyib, əlimdən pulu alaraq qaçıb. Guya bu polisdədir, 28-ci polis bölməsində. Hətta dedi ki, polisin adı Amin Nəciblidir. Uşaqlar zəng edirlər həmin şəxs götürür, deyir ki, Əminə xanım həqiqətən o məsələ ilə bağlı buradadır. Bir sözlə Əminə bizim başımıza itin oyununu açır, polisin, telekanalın adından istifadə edir. Onun bizim başımıza açdığı bu oyun əsl serial ssenarisidir. 15 min manatı qoyub cibinə, özü də yoxa çıxıb. Dünən də birinə deyib ki, Xırdalanın kruqunda gözlə, birinə deyib ki, Yasamalda, digərinə də deyib ki, Varovskidə gözlə pulu gətirib gəlirəm. Səhər saat 11-dən gecə saat 11-12-yə qədər hamını küçələrdə süründürüb. Gecə saat 2-də xəbər gəlib ki, guya bunu kimsə tutub döyüb, pulunu əlindən alıb. Anası da deyir ki, Əminə evdən qızılları da götürüb, qaçıb, sonra dedi ki, “Respublikanski”-də yatır. Deyirdi ki, məndən pul istəməyin, nə edəcəksiz, öldürəcəksiz məni? Kim məndən pul istəsə özümü öldürüb, siyahı yazıb qoyacağam ki, bu insanlar məndən pul istəyirdi deyə özümü öldürdüm. Serialın birinci günündən də deyirdi ki, iş alınmasa özümü öldürəcəm. Deyirdik ki, yekə qızsan, biz bura gəlməmişik ki, kimsə özünü öldürsün, bu nə danışıqdır? Biz heç nə yox, öz haqqımızı, əziyyətimizin bəhrəsini istəyirik. Bir də istərdik ki, bu məsələ araşdırılsın, çünki kifayət qədər nüfuzlu şirkət və qurumların adından istifadə edir”, - deyə aktrisa bildirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-09-2021, 14:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-09-2021, 14:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09