"Əgər mənə qadağa qoyulubsa, yalançının atası qəbirdə itlə yatsın" - Fərmanqızından şok iddia
“Yay istirahətimi çox gözəl keçirdim. Əvvəl Türkiyəyə getdim, daha sonra isə doğma Azərbaycanımda dəniz kənarında oldum. İşimi də instaqram sosial şəbəkəsində davam etdirdim, reklamlar edib, pulumu qazandım. Bu da bir işdir də. İnstaqramdan orta hesabla aya 9-10 min manat qazanıram. Dəniz kənarında təmiri tamamlanan evim var, demək olar ki, bütün hər şeyini reklamla edirəm. Məsələn, 2 min manatlıq qapı, yaxud digər texniki avadanlıq reklam edirəmsə onun pulunu almıram, həmin şirkət də bunun müqabilində gəlib evin qapısını qoyur, texniki işlərini pulsuz edir. Buna görə də mən xalqa minnətdaram. Mən xalqa deməmişəm ki, məni izləyin, izləməyə də bilərdilər. Məni xalq sevib, seçir, etimad göstərib 1 milyona yaxın insan izləyirsə, mən də o izləyicilərin sayına görə forslanıb, reklam təklif edənlərə baha qiymət deyirəm (gülür). İzləyici sayım 200-300 min olarsa, mən reklamçılara baha qiymət deyə bilmərəm, adama deyərlər ki, izləyicisinə bax, təklif etdiyi qiymətə bax. Mən 3 il ərzində bu qədər reklam olunub, izləyici yığa bilmişəmsə bu da mənə xalqımızın inamı, etimadıdır. Ona görə də sizin vasitənizlə xalqımıza təşəkkür edirəm”
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Afət Fərmanqızı deyib. O daha sonra əlavə edib.
“Bu gün Azərbaycan şou-biznesində gündəmdə olan 6-7 xanım müğənnilərindən biriyəm. Çoxu da dostumdur. Telefonu götürün əlinizə, bir-bir şəxsi nömrələrinə zəng edin, əgər onlar da mənim kimi telefonu özləri götürüb, hamı ilə danışsa sözümü geri götürəcəyəm ki, yox, mənim kimi ikincisi də var imiş. Heç biri ilə birbaşa əlaqə yaratmaq mümkün deyil. Bir az məşhurluq hiss edən kimi elə bilirlər ki, bunlar Zeynəb Xanlarovadır. Sizin vasitənizlə həmin müğənnilərə deyirəm ki, telefonlara özünüz cavab verəndə xəncərinizin qaşı düşəcək?! Mən telefon zənglərinə özüm cavab verirəm. İş nömrəmi də instaqrama yazmışam, ona menecerim cavab verir, çünki işlə bağlı zəng edənlər çox olur. Yanında olaramsa özüm də cavab verirəm. Jurnalistlərə də özüm şəxsən cavab verirəm. Çünki sizlərin sayəsində bu yerlərə gəlmişik. Jurnalist müğənnini yerdən göyə də qaldıra bilər, göydən yerə də vura bilər, olduğu yerdə saxlaya da bilər” deyə müğənni bildirib.
Afət Fərmanqızı “Ali and Nino” kitab evinin “Klassiklərimiz müasir dövrdə” başlığı ilə paylaşdığı karikaturalardan da danışıb.
“Sözün düzü, həmin karikaturalar haqda eşitmişəm, amma vaxt edib baxmamışam. Klassikləri niyə gülüş hədəfinə çevirirlər? Belə karikaturaların əleyhinəyəm. Mən Nəsiminin qəzəlini sintez edib oxuyanda, xalqa bu cür çatdıranda topa qoyub atırdılar, indi Nəsiminin müasir dövrdə karikaturasını çəkib, gülüş hədəfinə çevirirlər. Halbuki mənim ifamdan sonra 4-5 yaşlı uşaqlar həmin qəzəli əzbər öyrəndilər. Dünyada erməni musiqisindən başqa bütün musiqilər mənə doğmadır. Əgər erməni musiqisinə mahnı oxusaydım məni təhqir etməyə haqları çatırdı. Mən axı oxumaram! Hindistan da bizə dost olan ölkədir, biz Hind musiqi və kinoları ilə böyümüşük. Ona görə də mən bu qəzəli hind musiqisi ilə sintez etmişdim. Mən nə qəbahət iş görmüşdüm ki, bəziləri buna irad bildirirdilər, indi o boyda mütəfəkkirlərin karikaturalarını çəkiblər. Qoy Flora Kərimova, Rasim Balayev indi danışsın da. Niyə danışmırlar? Xalq artistləri bir biznesmen xanımın hədiyyə və pullarına görə mənim üzərimə gəlirdi. Bu onların öz fikirləri deyildi. Hamısını da sübuta yetirmişəm. Adlarını bir-bir demək istəmirəm, onsuz da hamı bilir. Onlar mənim bu mahnı ilə pul qazanmağımı həzm edə bilmirdilər.
Fikirləşirdilər ki, xalq artistiyəm, 30 ildir oturmuşam evdə, amma Afət dünən kənddən gəlib, artıq özünə ev, maşın alıb, pul qazanır. Hamısının başına daşı elə mənim pul qazanmağım saldı. Hətta efirə, redaktorlara hədiyyələr gəlirdi ki, Afəti buraxmayın efirə, qadağa qoyun. Yalan məlumat verdilər ki, guya Afətə efirlər qadağa qoyub. Mən də çıxıb ad çəkmədən dedim ki, əgər mənə qadağa qoyulubsa yalançının atası qəbirdə itlə yatsın. O zaman artıq bu məsələnin üstü açıldı ki, güllə mənə haradan dəyir?! Sonda həmin insan gördü ki, artıq mənə bata bilmir, barışıq, dostluq əlini uzatdı. Allahın istəyi ilə xalqın ucaltdığı sənətçini heç bir bəndə yıxa bilməz. Onun pulu, qüvvəsi mənimkindən çox olsa belə” deyə Afət Fərmanqızı bildirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-09-2021, 10:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-09-2021, 10:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09