“Həmişə azərbaycanlıları dəstəkləyirəm, çünki...” – Məşhur rusiyalı
Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs onlardan biridir.
Səhnə adı Terri ilə daha çox tanınan Oleq Ternovoy Rusiyanın məşhur reper və ya hip-hopçularından biridir. Rusiyanın TNT telekalındakı “Mahnılar” müsabiqəsindəki qələbəsi ilə məşhurlaşan Oleq həm də aktyordur.
Sənət yolunda
Oleq Ternovoy 1993-cü il oktyabrın 31-də Özbəkistanın Daşkənd şəhərində anadan olub. Reperin atası rus, anası azərbaycanlıdır.
Həmişə aktyorluqla maraqlansa da, Teatr İnstitunda oxuyadanda fikrini dəyişir, musiqi karyerası haqqında düşünməyə başlayır. Valideynləri həmişə Oleqin bütün yaradıcı cəhdlərində dəstək olublar. Əlbəttə səhnəyə gedən yol o qədər asan deyildi. Buna görə də, Oleq bir müddət təcili yardım maşınında feldşer işləməli olub. Bu əziyyətinin bəhrəsini isə qarşıdakı illərdə görüb.
Bələdçilərin müşayiəti
Oleq hələ məktəb illərindən yaradıcılıqla məşğul olmaq arzusunda olub. Musiqi ilə yaxından maraqlanıb, müxtəlif tamaşalarda iştirak edib. Orta məktəbi bitirdikdən sonra Daşkənddəki Teatr İnstitutuna daxil olub. Oleq təhsil aldığı dövrdə maddi problemlərini həll etmək üçün təcili yardım maşınında feldşer işləyib. Amma yaradıcılığı da unutmayıb, eyni zamanda, şeir və mahnı sözləri yazmaqla məşğul olub.
Oleq institutda oxuyarkən reperliyi də öyrənib. Bu işdə ona müəllimləri kömək edib.
2016-cı ildə Daşkənddəki Akademik Rus Teatrının truppasına qatılıb. Üç teatr əsərində - “İl lətifələri” (Aleksandr Vampilovun pyesi əsasında), “Baş müfəttiş” və “Sindbadın macəraları”nda rol alıb. Rol aldığı bu tamaşalar onun sənət dünyasındakı ilk bələdçiləri idi.
Oleq institutda oxudğu dövrdə musiqi təhsili də alıb, müsabiqələrdə iştirak edib.
Ali məktəbdən 2018-ci ildə məzun olub.
Maqomayevlə davam
Qeyd etdiyimiz kimi, Oleq hələ ali məktəbdə oxuyarkən şeir və mahnı sözləri yazmağa başlamışdı. 2013-cü ildə məqsədi “Black Star” səsyazma studiyası ilə müqavilə bağlamaq olan “Gənc qan” kastinqində iştirak edib. Amma qazana bilməyib, müğənni Natandan geridə qalıb. Bununla belə sənət yolunda təcrübə qazanıb.
2018-ci ildə TNT-də yayımlanan “Mahnılar” müsabiqəsində iştirak etmək qərarına gəlib. Sözlərini özü yazdığı “Hayp” adlı rep mahnısını ifa edib. Gənc reper özünəxas ifa tərzi ilə münsifləri təəccübləndirə bilib. Müsabiqəyə azərbaycanlı sənətkar Müslüm Maqomayevin ifa tərzinə bənzər vokallarla davam edib. Terri uğurlu ifaları sayəsində finala yüksəlib. Beləliklə, müsabiqənin birinci mövsümünün qalibi və 5 milyon rublun sahibi olub.
İndi Oleqin “Black Star”la müqaviləsi var. Bundan sonra ləqəbini yenidən dəyişib, Ternovoy təxəllüsü ilə çıxış edir.
İlk dəfə ana vətəndə
Oleq Ternovoyun Azərbaycan köklərinin olduğu 2019-cu ildə ilk dəfə gəldiyi Bakıda məlum olub. Bakıda jurnalistlərə açıqlama verən Ternovoy anasının azərbaycanlı, atasının isə rus olduğunu deyib.
O, ilk dəfədir ana vətəninə - Azərbaycana gəldiyini söyləyib:
“Həmişə Azərbaycana gəlmək istəmişəm, amma heç cür alınmayıb. Azərbaycanlılar mənim üçün doğmadırlar, ona görə də, həmişə onları dəstəkləyirəm”.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-10-2021, 10:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-10-2021, 10:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16