Aparıcı Hacı Nuranın vəziyyəti YENİDƏN PİSLƏŞDİ
Aparıcı Hacı Nuran Hüseynov yenidən xəstəxanaya yerləşdiriləcək. Aparıcı bu barədə sosial şəbəkədəki səhifəsində yazıb. Səhhətində yenidən problem yaranan aparıcı Almaniyaya getməyə hazırlaşdığını bildirib:
"Yenə mənə yol göründü. Səhhətimlə bağlı uzaq Almaniyaya gedirəm. Son vaxtların gərgin iş rejimi orqanizmimə birbaşa təsir etdi.
Əslində belə olacağını bilirdim. Çünki həkimlər mənə gərgin iş rejimini qadağan ediblər. Amma nə edim ki, bir yerdə durmaq, həyat qaynayarkən sakit dayanmaq mənə xas deyil. Səhhətimdəki problemləri dostlarım, yaxınlarım yaxşı bilir. Hətta məni zorla da olsa xəstəxanaya yatırdanlar da olub, müalicə edənlər də. Buradakı müalicələrdən sonra bir az özümə gəldim. Amma daha ciddi yataq rejiminə ehtiyac var dedilər. Bunun üçün məni həmişə müalicə edən Almaniyanın Düsseldorf şəhərindəki onkoloji klinikaya gedib, xərçənglə mübarizəmi davam etdirməliyəm. Mənə uğurlar diləyin, dualarınızı əsirgəməyin, sevimli dostlar. Özünüzü qoruyun, həyatda candan şirin şey yoxdur".
Hacı Nuran daha sonra anasının fotosunu yayımlayaraq bunları əlavə edib:
"Mənim gözəl, qayğımı çəkən anam... Üzümün ifadəsindən halımı, əhvalımı duyan anam. Səndən sonra mən o mən deyiləm. Səndən sonra daha heç nə əvvəlki kimi deyil. Nə yediyim yemək, nə aldığım hava, nə eşitdiyim xoş sözlər. Səndən sonra daha mən də yer adamı deyiləm. Cismim də göylərdədir, ruhum da. Səndən sonra mən həyatın da mənasını onun mənasızlığında anlamışam. Yaşayıramsa, gözəl insanlar üçündür. Bir də sənin ruhun şad olsun deyə. Səndən sonra daha sağlamlığım da o deyil. Sən axı həmişə "Oğlum, özünü qoru" deyirdin. Mən səndən sonra özümü də qoruya bilmədim. Axı mənim qoruyucu mələyim sən idin. Görürsən, bu gün yenə yola düşürəm xərçəngimlə mübarizəyə. Mən daha həyatımı bu yollarda sərf edirəm. Çox qəribədir ki, getdiyim bütün yolların sonunda mən xərçəngimlə mübarizəyə dönürəm. Səndən sonra mənim "dostum" olub xərçəng. Çalışıram onunla da yola gedim, çünki yola getməsəm yarıyolda qalacam. Mən axı yarıyolda qalmamaq üçün sənə söz vermişəm, mənim anam. Ona görə yenə yolda, yenə mübarizədəyəm. Beynəlxalq Analar günündə belə. Günün mübarək, anam. Sən həmişə mənimləsən".
Paylaş:
Müəllif : Yazar
Tarix:29-11-2021, 09:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər