Tanınmış jurnalistin səhhəti ağırlaşdı, xəstəxanaya aparılır - AÇIQLAMA
Tanınmış satirik şair, jurnalist Əvəz Qurbanlının səhhəti ağırlaşıb.
Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. O bildirib ki, hazırda xəstəxanaya aparılır. O, güman ki, modul tipli xəstəxanaya yerləşdiriləcəyini deyib.
Qeyd edək ki, bundan bir az əvvəl jurnalist bunları yazmışdı:
"10 gündən artıqdır temperaturum 39-40 arasında dəyişir. Sağlıq durumum həyatımda heç olmadığı qədər kritikdir. Bu günə qədər bu barədə kimsəyə bildirmədim. Düşündüm ki, keçib gedər. Amma keçmədi. Bu gün təcili yardım gəlib xəstəxanaya yerləşdirməlidir. Heç kəsdən bir gözləntim yoxdur. Yalnız səmimi dualarınıza ehtiyacım var”.
Əvəz Qurbanlı şairliyi və jurnalist fəaliyyəti ilə bərabər ictimai fəaliyyəti ilə də tanınıb. 2005 və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərdə deputatlığa namizədliyi irəli sürülüb. 2015-ci ilin iyul ayında Azərbaycan Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Əvəz Qurbanlı hazırda işsizdir, kirayədə yaşayır, ailəlidir, iki övladı var.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-11-2021, 11:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər