reklam
Regionxeberlericom.az » Mədəniyyət » İlhamədən müğənnilərə: “Heç kim “müqəddəs Məryəm“ deyil“

reklam

İlhamədən müğənnilərə: “Heç kim “müqəddəs Məryəm“ deyil“







"Bəzi məşhurlar hər şeyi açıb, bayağı şəkildə göstərirlər, bunu sevmirəm. Mənə heç kimin şəxsi həyatı maraqlı deyil. Bir-biriləri ilə qalmaqal yaratmaq üçün şəxsi həyatlarından danışırlar. Bütün bunlar sənətçini çox ucuzlaşdırır. Müğənni yaxşı mənada əlçatmaz olmalıdır. Onların ardınca gedən ifaçılar örnək götürməlidirlər. Heç kim "Müqəddəs Məryəm" deyil. Hər insanın öz problemi özünə bəsdir. Mənə maraqlı deyil kiminsə həyatında nə baş verir".Bu szöləri müğənni İlhamə Qasımova "Üzə düz" verilişində deyib. Sənətçi şou-biznesdə olan qalmaqallardan danışıb. İlhamə bildirib ki, sənət adamlarının əksəriyyəti şəxsi həyatı ilə reytinq yığır.

"Heç bilmirəm şou-biznesdə nə var. İzləmirəm, maraqlı deyil. Mənim ümumiyyətlə, televizorum yoxdur. Rəqəmsal yayıma keçəndən sonra dəyişməliyəm, elə də qalıb. Sosial mediadan isə ara-sıra izləyirəm. Orada çox passivəm. Dostlarım da buna görə məni qınayır" deyə, İlhamə əlavə edib.

"Eurovision"a getmə istəyindən danışan İlhamə bunları əlavə edib:

"Nə zaman ki, heç kim onu tanımırdı sehirli görünürdü. Elnur və Samir olanda çox istəyirdim, qatıldım, amma yaxşı hazırlaşmamışdım. İkinci dəfə qatılmağıma səbəb isə mənim Almaniyadakı prodüserim oldu. Əslində qatılmaq fikrim yox idi. Dedi qalib olsan, bizim üçün də rahat olar. İndi həvəsim yoxdur, yarışma çox siyasiləşdi. Təklif gəlsə, etiraz etmərəm. Vətənimi təmsil etməliyəm. Amma özüm can atmayacam. Bu gün o qədər gənc müğənnilər var ki, onların zamanıdır". (axşam.az) 




Paylaş:


Müəllif : Tarix:
8-12-2021, 13:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər