"Elə verilişlər var ki, mentalitetimizə, keçmişimizə uyğun deyil" - ETİRAZ
“Telekanallarımızın əksəriyyətinə baxmıram. Çünki bəzi verilişlərinə görə onlardan küsmüşəm. Elə verilişlər var ki, mentalitetimizə, keçmişimizə uyğun deyil. Bu günki gündə təhsilimizə, elmimizə, mənəviyyatımıza, mədəniyyatımıza dəyər verən verilişlər efirlərdən yığışdırılıb. Dövlət kanallarımızda isə bu istiqamətdə verilişlər yayımlanır”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, tarzən Ramiz Quliyev efirlərimizdəki bayağı verilişlər haqda danışarkən deyib. Tarzən gələcək nəsili düzgün istiqamətləndirməyimizin vacibliyini vurğulayıb:
“Biz nəsil və nəcabətə, keçmişə və bir də tərcümeyi-hala bağlı olmuşuq. Amma indi bəzi verilişlər ürək bulandırır. Bu günki gündə ailəmdən, nəvələrimdən arxayınçılığım var. Bir dərdimiz var idi və o da Qarabağımızın işğaldan azad edilməsi idi. Buna görə Allaha şükür edirəm. Biz qələbə çalmışıq və daxildə gərək onu bu cür verilişlərlə kölgədə qoymayaq. Bizim savadlı elm və iş adamlarımız var. Onları bu cəmiyyət yetişdirib. Gərək gənclərimizi də düzgün istiqamətləndirək. Allahın bizə verdiyi nemətlərə görə ona şükür etməliyik. İndi də tarda musiqi ifa edirdim və istəyirəm ki, xalqımın ehtiyacı ancaq musiqiyə olsun.
Mən müharibədən sonra anadan olmuş adamam. Bizim vaxtımızda çörək qıtlığı var idi. Amma şükür Allaha indi hər şeyimiz var. İnsanlar gərək bir-birinə hörmət etsinlər. O qədər bahalı avtomobil sürən imkanlı şəxslərimiz var, niyə onların birini şəhid ailəsinə və ya qaziyə bağışlamırlar?! Hər şeyi dövlət etməli deyil ki. Bu cür yaxşılıqları etsələr, nə olar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-12-2021, 15:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər