Hollivud ulduzları azərbaycanlı rejissorun filmini qalib seçdi - Fotolar
Azərbaycanlı rejissor Elmar Bayramovun “Let me run” adlı bədii filmi ABŞ-da 2021-ci ilin yekunlarına əsasən macəra janrında olan qısametrajlı filmlər arasında “Media Awards of the Year” nominasiyasında qalib gəlib.
Bu, Atlantik-siti şəhərində (ABŞ, Nyu-Cersi ştatı) keçirilən “Action Martial Arts Mega Weekend” qala-gecəsində açıqlanıb.
Ən yaxşı ekran işləri kino sənayesində yenilik meyarları və beynəlxalq festivallarda qazanılmış mükafatlara əsasən seçilib. Münsiflər heyətində Hollivud ulduzları - Sintiya Rotrok, Saşa Mitçell, Don Uilson, Maykl Cey Uayt, Samuel Kvok, Robert Qoldman və digərləri yer alıblar.
Qeyd edək ki, “Let me run” filmi 2019-cu ildə E. Bayramovun rəhbərlik etdiyi “Old Stone Pictures” prodakşn tərəfindən çəkilib. Ekran işinin rejissoru və ssenari müəllifi E. Bayramovun özüdür. O, 2017-ci ildə Nyu-Yorkda yaşayır və fəaliyyət göstərir. Filmdə baş rolda Tural Manafov çəkilib. Daha əvvəl “Let me run” ABŞ və Kanadada 14 müxtəlif kinofestivalda müxtəlif nominasiyalarda qalib gəlib.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-02-2022, 17:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT