reklam
Regionxeberlericom.az » Mədəniyyət » Flora Kərimovanın Afət Fərmanqızı barədə şikayəti icraata götürülüb

reklam

Flora Kərimovanın Afət Fərmanqızı barədə şikayəti icraata götürülüb


Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib. APA-nın xəbərinə görə, Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Kazımovanın sədrliyi ilə keçirilən prosesdə xüsusi ittihamçının vəkili Xavər İsmayılova şikayət dəlillərini məhkəmənin diqqətinə çatdırıb.

Flora Kərimova müdafiəçisinin çıxışını müdafiə edərək qarşı tərəfdən təhqir və böhranlara məruz qaldığını deyib.

Afət Fərmanqızı isə səhhəti ilə bağlı müalicədə olduğu üçün məhkəmədə iştirak etməyib.

Xalq artisti Afət Fərmanqızının barəsində dediklərini şəxsiyyətinə hörmətsizlik hesab etdiyini bildirərək şikayətinin icraata qəbul olunmasını xahiş edib.

Afət Fərmanqızının vəkili isə xüsusi ittihamçının dediklərini inkar edib. O, təhqir hesab olunan ifadələrdə Flora Kərimovanın adının keçmədiyini diqqətə çatdırıb.

Məhkəmə yekun qərarına əsasən xüsusi ittiham qaydasında verilmiş şikayət icraata götürülüb.

Xatırladaq ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edir.




Paylaş:


Müəllif : Tarix:
1-04-2022, 15:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər