reklam
Regionxeberlericom.az » Mədəniyyət » “Belə qayğısızlıq görəndə çox pərt oluram, qırx iki il bu sənətdə olmuşam...” - ETİRAZ

reklam

“Belə qayğısızlıq görəndə çox pərt oluram, qırx iki il bu sənətdə olmuşam...” - ETİRAZ


“Hər gün həkimə gedirəm. Ümid edirəm ki, səhhətim yavaş-yavaş düzələr. Heç bir dəstək yoxdur. Təkcə Bioloji Təbabət Klinikasının baş həkimi Gülnar xanım, həkimlər Elxan bəy, Səbirə və Aygün xanım müalicələrimlə məşğuldurlar. Onlar təmənnasız dərmanlarımı alıb, müalicələrimi edirlər. Üç aydan çoxdur ki, müalicələrim gedir. İnşallah nəticəsi yaxşı olar”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında aktyor Allahverdi Yolçuyev deyib. Aktyor diqqətsizlikdən də gileylənib:

“Bir az səhhətimdə gümrahlıq hiss edirəm. Əlim hələ də əsir. Onun müalicəsi üçün pul lazımdır ki, Rusiyada və ya Türkiyədə xüsusi mərkəzlərdə müalicə olunum. Bunun tam sağalması üçün əməliyyat da olur, amma mən onu istəmirəm, çünki təhlükəlidir. Amma qarşısı alına bilir. Ağadadaş müəllim mənə Türkiyədən xüsusi vitaminlər gətirdi, onları qəbul edirəm. Zəng vurub insanlar soruşurlar.

Bir dəfə dedim ki, daha danışmayacam, belə qayğısızlıq görəndə çox pərt oluram. Qırx iki il bu sənətdə olmuşam nə maaş, nə təqaüd, nə də fəxri ad alıram. Deməli bu illər boş-boşuna keçib. İnsanlar xoş sözlər yazır, amma dolanmaq üçün maddiyat da lazımdır axı. Əlimdəki problemə görə işləyə də bilmirəm. İnsanlar bu gün də məni yolda görəndə deyirlər ki, ofçufilm gəlir. Deyirəm ki, bu neçə il öncə olub. Amma insanların yaddaşında qalıb”.




Paylaş:


Müəllif : Tarix:
29-04-2022, 14:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər