İstanbulda öldürülən aktyor Azərbaycanda kimdən küsüb getmişdi?
Xəbər verdiyimiz kimi, Azərbaycanlı aktyor Kamran Dadaşzadə Türkiyənin İstanbul şəhərində baş verən silahlı insident nəticəsində həlak olub.
Təsadüf nəticəsində hadisə yerində olan Kamran Dadaşzadə başından güllə yarası alaraq, həyatını itirib.
Kamran Dadaşzadəni Azərbaycan tamaşaçısı haradan tanıyırdı?
regionxeberlericom.az Lent.az-a istinadən aktyorla bağlı məlumatları sizə təqdim edir. O, uzun illərdir Türkiyədə yaşayırdı. Bir neçə türk serialında da rollar almışdı. Onun barəsində Lent.az-a danışan Azərbaycan Təhsil və Mədəniyyət dərnəyinin rəhbəri, yazıçı-dramaturq Aygün Həsənoğlu bildirib ki, Kamran Dadaşzadə İstanbulda yaşadığı müddətdə Azərbaycanın Qarabağ problemlərini işıqlandıran əsərləri səhnələşdirib. Azərbaycan Türkiyə Vizyon Teatrında Xocalı faciəsindən bəhs edən tamaşası uğur qazanıb..
“O Türkiyədə "Cəhənnəmdə 8 gün" tamaşasına rejissorluq eləmişdi. Xocalı haqqında tamaşa hazırlamaq hər rejissorun qaldıra biləcəyi yük deyildi. Bunu hələ 2001-ci ildə "Adsız qadın" əsərimi iki rejissora təqdim etdikdən sonra anladım.
Üstəlik, İstanbulda Xocalı haqqında tamaşa hazırlamağın çətinliklərini düşünün. Maaş yox, bir maddi dəstək olacaqmı, olmayacaqmı, bilmirsən. Nəqliyyat pulu baha. Evdən məşqə gedirsən, məşqlər arası yemək, hətta çay belə, əsl xərcdir.
İndi gələk yaradıcılıq məsələsinə. Məşq etməyə səhnə yoxdur, kiçik və soyuq bir otaqda məşq etməyə məcbursunuz. Əlləriniz, ayaqlarınız dona-dona aktyora yön verirsiniz...
Aktyorlar burada azad insanlardır. Sizdən maaş almadıqları üçün ərköyün ola bilərlər. Sən də hamının dilini tapmağa məcbursan.
Digər tərəfdən, səhnə dekorlarından tutmuş oyunun hər ayrıntısına qədər məhdud imkanlar olduğunu nəzərə almalısan. İstədiyin səhnə quruluşunu mümkün qədər kiçildirsən
Xocalı. O dəhşəti özün yaşamalısan ki, onu aktyordan da tələb edəsən.
Kamran Dadaşzadə, belə bir yükü çiyinlərinə aldı, həm də təmənnasız. Kamran müəllim pyesin ruhunu dəyişmədi, əlavə yorumlarla yükləmədi. Eləcə dəhşəti təqdim elədi. Aktyor heyətində cəmi iki Azərbaycanlı var idi
"Cəhənnəmdə 8 gün" tamaşası bizə Xocalı soyqırımının bir insan taleyindən keçən dəhşətini yaşada bildi. Salonda göz yaşlarını saxlaya bilməyən tamaşaçıları gördüm. Səhnədə yaşananların insanların gözlərinə həkk olunduğunu gördüm. nəhayət, tamaşa bitəndə, bu dəhşətin içində imiş kimi, insanların dərin nəfəs aldıqlarını gördüm. Burada hər oyunçunun öz rolu var, amma bütün rollar üzərində rejissorun zəhməti, yaşantısı, həyəcanı var idi.
Kamran Dadaşzadəni Azərbaycanda küsdürdülər, yaradıcı insan kimi qəbul etmədilər. Amma o iliyinəcən səhnə adamı idi, yaradıcı insan idi. Gözəl insan, əsl vətənpərvər idi”,- deyə Aygün xanım vurğulayır.
Qeyd edək ki, Kamran Dadaşzadə Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunu idi. K.Dadaşzadə 1969-cu ildə Sumqayıtda anadan olub. Sumqayıt Dövlət Dram Teatrının aktyoru olub. Türkiyədəki aktyorluq fəaliyyəti müddətində “Kurtlar Vadisi”, “Savaşçı”, “Kardeş Payı” kimi seriallarda yadda qalan obrazlar canlandırıb. Həmçinin 2018-ci ildə yayımlanan “Servet” serialında rol alıb.
İllər öncə Musiqili Komediya Teatrının xor kollektivində çalışıb.. Xanımı və uşaqları hazırda İstanbulda yaşayır.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-05-2022, 14:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər