Zaur Kamal cəzalandırılacaq? - ARB-dən AÇIQLAMA
Zaur Kamal iyunun 29-da iranlı müğənni Afşin Azərini efirdən qovmasının səbəbini açıqlayıb.
Aparıcı müğənnini efirdən qovandan və reklamdan sonra bildirib ki, Afşin Azəri efirdən əvvəl digər iranlı müğənniləri pisləyib:
“Efirdən əvvəl Afşin Azəri dedi ki, digər iranlı müğənniləri niyə qonaq çağırırsan. Onları heç İranda tanıyan və sevən yoxdur. Bu nə düşüncədir?! Mən kimi qonaq çağıraram özüm bilərəm. Qonaqsan gəl iştirak et. Daha sonra deyir ki, məni o müğənnilərlə bir tərəziyə qoyma. Mən də buradan bütün iranlı müğənnilərə səslənirəm. Kimin gözəl səsi var, qonağımız olmaq istəyir instagram hesabımıza yazıb gələ bilər”.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, aparıcının hərəkətinə adekvat addımlar atılacaq. O, televiziyaların daha geniş auditoriyaya sahib olduğunu və aparıcıların televiziya mədəniyyətini nəzərə alaraq fəaliyyət göstərməli olduqlarını bildirib.
Zaur Kamalın bu hərəkəti ilə bağlı ARB televiziyasının da qərar verəcəyi də deyilir. Teleşirkətin mətbuat katibi Mail Əskərov isə əslində məsələyə Zaurun özünün reklamdan sonra cavab verdiyini deyib. Onun sözlərinə görə, şirkətin yeni qərar verəcəyi hələlik gözlənilmir.
Müğənninin meneceri Elman İbrahimli isə açıqlamasında efirdə anlaşılmazlıq olduğunu bildirib:
“Əslində hər şey xalqın gözü qarşısında baş verdi. Yəni hər şey proqramda yaşandı. Zaur bəy düzgün etmədi, hər şey onun əlində idi və reklama getməyə bilərdi. Amma səhnə arxasında olduğu deyilən və digər qonaqla bağlı səslənən fikirlər də doğru deyil. Zaur bəy reklama gedərək, verilişi yarımçıq kəsdi. Afşin bəylə oranı tərk etdik. Amma hər hansı başqa bir gərginlik yaşanmayıb.
Afşin bəy də məyusdur, çünki bizə qarşı düzgün hərəkət olmadı. Hazırda Afşin bəyin işləri olduğu üçün başı qarışıqdır, amma qısa zamanda dünən efirdə baş verənlərlə bağlı açıqlama verəcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-06-2022, 13:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər