"Tibb Universitetinin mama-ginekoloq fakültəsini bitirmişəm"
23 iyul bir çox tanınmış şəxslərin, o cümlədən xalq artisti Flora Kərimovanın doğum günüdür. Bu il xalq artistinin 78 yaşı tamam olur. “Yeni Müsavat”ın əməkdaşı bu münasibətlə xalq artistini təbrik edərək, doğum günü ilə bağlı təəssüratlarını öyrənib:
- Flora xanım, builki doğum gününüzü necə qeyd edirsiniz?
- İlk öncə sizin baş redaktor Rauf Arifoğlunu təbrik edirəm. Bizim doğum günlərimiz eyni günə təsadüf edir. Özümü yaşıma uyğun hiss edirəm. Amma deyim ki, yaşıma görə səhhətim nisbətən yaxşıdır.
- Bəs ən gözəl təbriki kimdən aldınız?
- Çox sağ olsunlar, yaxınlardan, dostlardan, jurnalistlərdən o qədər saysız-hesabsız təbrik almışam ki... Hamıya təşəkkür edirəm ki, yaddan çıxmıram, mənimlədirlər. Lakin hər kəs bilir ki, mən doğum günümü artıq uzun illərdir ki, qeyd etmirəm. Çünki bu gün, yəni 23 iyul Ağdamın işğalı günüdür. O torpaqların azad olunmasını gözləyirəm. Bax, onda elə bir bayram edəcəm ki, səsi hər yerə yayılacaq. Mən o günü görəcəyimə inanıram.
- Artıq bu il 78 yaşınız tamam olur və siz heç zaman o yaşınızı gizlətmirsiniz. Amma şahidi oluruq ki, məşhur xanımlarımız çox zaman öz yaşını gizlədir.
- Bəli. Hətta bəziləri 78-i 178 edir. Amma mən 178-i düşmənlərimə arzulayıram. Bu yaşın arxasında iztirablar, yuxusuz illər, aylar, dəqiqələr, övladlarımla bağlı narahatlıqlarım, millətimin dərdi, torpaq itkisi, müharibə durur. Məgər yaşımı gizlətməyə ixtiyarım varmı? Mən bu həyatı yaşayıram. Qismət olsa, 80-i haqlayaram. Olmasa da nə yaşamışamsa, mənim qazancımdır.
- Nə vaxtsa yaşlanmaqdan qorxmusunuzmu?
- Çox zaman xüsusən də qadınların yaşlanmaqdan qorxduğunu görürük. Lakin bu hiss mənə həmişə yad olub, bu, xoşbəxtlikdir. Ümumiyyətlə, bu, təbiətin qanunudur, onun əleyhinə getmək mümkün deyil. Heç vaxt heç nəyə heyfslənməmişəm.
- Bu illərdə sizin üçün ən böyük sevinc və kədər nə olub?
- Kədər haqqında soruşmayın. Kədərim ümumi bəladır. Nigarançılığım isə millətimlə bağlı olan nigarançılıqdır, hansı ki, son nəfəsimə qədər mənimlə olacaq.
- Övladlarınız hazırda əhatənizdədir?
- Yox, onlar hazırda xarici ölkələrdə yaşayırlar. Oğlum Almaniyada, qızım isə İngiltərədədir. Lakin ilk təbrik edənlərdən biri də onlar oldu. Övladlarıma çox bağlıyam. Çünki onlar mənim ən çətin günlərimin şahidi olub, kədərimi, sevincimi birgə yaşayıblar.
- Bu sual çoxlarını düşündürür. Bilirik ki, siz həm də ixtisasca həkimsiniz. Bu sahədə heç çalışmısızmı?
- Əlbəttə. Tibb Universitetinin mama-ginekoloq fakültəsini bitirmişəm. Məzun olduqdan sonra xəstəxanada işlədim, daha sonra konservatoriyaya daxil oldum və ifaçılıq üzrə peşəmi davam etdirdim.
- Mamaça kimi uşaq dünyaya gətirmisiz?
- Bəli (gülür). O qədər olub ki...
- Doğum gününüzdə ən böyük arzunuzu eşitmək istərdik.
- Torpaqlarımızın işğaldan azad olunduğu, bütövləşdiyi günü görmək istəyirəm. Torpaq itkisi çox ağırdır...
Paylaş:
Müəllif : Yazar
Tarix:24-07-2019, 11:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-07-2019, 11:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08