Humayın şikayətçi olduğu inspektorla bağlı YENİ XƏBƏR
Tarzən Humay Qədimova sosial şəbəkə hesabında Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətlə bağlı məlumat paylaşıb.
O, əvvəlki paylaşımında dünən səhər saatlarında sürücüsünün idarə etdiyi maşının inspektor tərəfindən alınmasından şikayətçi olub:
"Sürücümü Ekologiya postu tərəfdə Vüqar Cəbrayılov adlı inspektor saxlayır və sənədlərini təqdim etməsini istəyir. Sənədlər təqdim olunur. Hər şey öz qaydasında olsa da, bildirilir ki, cihaz vasitəsilə sizdən spirtli içki qəbul edib-etməməyiniz barədə test götürəcəyik. Testi götürürlər, cavab çıxır ki, spirtli içkidən istifadə etmisiniz. Sürücüm etiraz edir ki, mən içki içməmişəm, hazırda işdəyəm. Etiraza baxmayaraq, inspektor bildirir ki, cihaz bunu göstərir. Sürücüm tələb edir ki, həkim dəvət olunsun, qan analizi versin, hər şey bəlli olsun. Amma inspektor sürücüdən vəsiqəsini və maşının açarlarını götürüb deyir ki, 3 min manat verməsəniz, maşın cərimə meydançasında qalacaq. Sürücüm dərhal polisə şikayət edir, oradan bildirilir ki, gün ərzində şikayət baxılacaq.
Sürücüm mənə məsələni bildirdi, dedim ki, sən inspektora yaxınlaş. Həkimin gəlməsini tələb et, ya da maşının açarları əlindən alınıbsa, protokol yazılmalıdır. Heç bir sənədə imza atılmayıb. Sürücü özü xəstəxanaya yaxınlaşıb tibbi müayinədən keçir. Bu da rəsmi kağızdır, spirtli içkidən istifadə olunduğunu inkar edən sənəddir. Bu sənədi inspektora göstərir, o da deyir ki, məhkəməyə müraciət edin. Sürücüm deyir ki, bu sənəd yetərli deyil? Orada Zeynal adlı şəxs söyləyir ki, 50 manat ver, get. Baxırlar ki, hər şey öz qaydasındadır. Onun nizam-intizamı, səliqəli geyimdə olması, spirtli içkidən və ya narkotikdən istifadə etməməsi ilə bağlı sənəddir. Məcbur olub maşını verirlər. Avtomobil də Ekologiya postu ərazisində deyil, məhəllə arasında bir yerə qoyulub. Mən vacib tədbirə getməliydim, getməmişəm, ya da məcbur gec getmişəm.
Vüqar Cəbrayılov kimdirsə, onun bu haqsız davranışı, hansısa cihazın işləməməsinə görə, vətəndaşın maşınının və sənədlərinin əlindən alınması ilə bağlı araşdırma aparılsın. Səhvim var idisə, maşınım niyə qaytarıldı? Yoxdursa, niyə o qədər vaxt orada qaldı? Mən dövlətimin hər zaman yanındayam, dövlətimi sevirəm. Əgər Azərbaycan mədəniyyətinin adı varsa, tədbirlərdə canla-başla xidmət edirik. Bu bizim vəzifə borcumuzdur. Qanun qarşısında hər kəsin boynu qıldan incədir”.
Tarzən bu gün səhər saatlarında artıq məsələnin nəzarətə götürüldüyünü və araşdırmaların aparıldığını deyərək, "Instagram" hesabında post paylaşıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-11-2022, 13:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər