reklam
Regionxeberlericom.az » Mədəniyyət » Çingiz Abdullayevdən 203 min manatla bağlı - Daha bir açıqlama

reklam

Çingiz Abdullayevdən 203 min manatla bağlı - Daha bir açıqlama


Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin qurultayının keçirilməsi üçün dövlət tərəfindən ayrılmış 203 min manatın nəyə xərcləndiyinə növbəti dəfə aydınlıq gətirib.

Bu barədə o, “Poqovorim?” yutub podkastında danışıb.

O, qurultaya xərclənən məbləğin 203 min deyil, 2 dəfə çox olduğunu bildirib: “Birincisi, qonaqlar gəlir. Onların biletini almaq lazımdır. Biletlər çox bahalaşıb. İkincisi, qonaqlar mehmanxanada qalır. Onun ödənişini etmək lazımdır. Üçüncüsü, zalın icarəpulu var. 4 minə başa gəlmişdi. Dördüncüsü, hər gün qonaqlara yemək vermişik. Təşkil etdiyimiz banketin qonaqları arasında çox tanınmış insanlar, o cümlədən Türkiyə və Rusiyanın keçmiş mədəniyyət nazirləri var idi. Beşincisi, biz kofe-breyk təşkil etmişdik. Yazılar çıxdı ki, kofe-breykin adambaşına qiyməti 10 manatdır. Bu, doğru deyil. Orada müxtəlif şirniyyatlar və s. var idi. Tək kofe-breykə 9 minə yaxın pul xərcləmişdik. 420-430 qonaq var idi.

Qurultaya qədər kitablar nəşr etmişdik. Bəzi tədbirlər qurultaydan sonra da davam edib. Bütün bunlar da o pulun hesabına idi. Ən əsası isə heç kimin bilmədiyi bir şey var idi. Məsələ burasındadır ki, biz pul istəyəndə əvvəlcə “smeta”nı istədilər və “smeta”nı qurultaydan əvvəl 1 ay ərzində yoxlayırdılar. Yoxlama Prezident Aparatı tərəfindən aparılırdı. Son manatadək yoxlayıblar və “smeta”nı azaldıblar. Və bu, jurnalistlərin bildiyi rəqəm deyil, daha çox, 2 dəfə çox məbləğ idi. Qat-qat çox xərcləmişik. Şoka düşməyin, amma Yazıçılar Birliyinin aylıq büdcəsi, Qazax, Lənkəran, Sumqayıt və Gəncədəki filialları daxil olmaqla, 67 min manatdır. Ona görə də hansısa inanılmaz pullar haqda danışmaq gülməli və axmaqlıqdır”.

Ç. Abdullayev qurultay günü ona 203 min manatın hara xərcləndiyi barədə sual verən jurnalistə kobud cavab verməkdən peşman olmadığını deyib: “Həmin jurnalist belə bir sualı hansısa nazirə, icra başçısına verə bilərdi? Orada milyonlardan söhbət gedir... Əlbəttə, yox. Bəs yaxşı, JEK rəisinin yanına girib təmizlikçilərin pulu haqda sual verə bilərdi? Yox, verə bilməzdi. O, qorxardı. Mənə elə sualın verilməsi təxribat idi. Bütün günü gəzir, “pulun nəyə xərcləndiyini görmürük” deyirdilər. Gəlin mühasibatlığa baxın. Jurnalistin “bu pulları hara səpələmisiz” sualı təhqirdir. Yayılan videoda o sözü çıxarmışdılar. Çox yorulmuşdum. Üç gecə idi yatmırdım. Qurultaya bir ay hazırlaşmışıq. Jurnalistə kobudluq etdiyimdən peşman deyiləm. Hesab edirəm ki, daha güclü cavab vermək olardı. Məsələn, səviyyəsiz insansan ki, belə suallar verirsən. Gəl Yazıçılar Birliyinə, orada hər şeyi öyrən. Bir ay keçib, hələ də gəlməyib. Ona qalmaqal maraqlıdır”.  

Xatırladaq ki, qurultay günü Ç. Abdullayevin jurnalistə kobud cavabı müzakirələrə səbəb olmuşdu. O, media nümayəndəsinin 203 min manatın nəyə xərclənməsi barədə sualına belə cavab vermişdi: “Bu sözü məndən soruşmağa utanmırsınız? Nə danışırsınız, biz daha çox xərcləmişik. Başa düşürsünüz? Utanmırsınız, Xalq yazıçısından pulların hara xərcləndiyini soruşmağa?”




Paylaş:


Müəllif : Tarix:
3-12-2022, 11:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər