Aftandil İsrafilovun SON DURUMU: Qızı danışdı
Bir neçə gündür reanimasiyaya qalan Xalq artisti Aftandil İsrafilovdan yeni xəbər var.
Məşhur qarmon ifaçısının qızı Həcər xanım Lent.az-a açıqlamasında bildirib ki, sənətçinin vəziyyəti yaxşılaşmağa doğru gedir:
"Hazırda atamın səhhəti normallaşıb, vəziyyəti yaxşılığa doğru gedir. Kritik ağır vəziyyətdən artıq çıxıb. Sabah reanimasiyadan palataya yerləşdiriləcək. Problem əsasən, ağciyərlərindədir. Müayinələrin bəzilərinin cavabı bəlli olsa da, ağciyərindən başqa analizlər də götürülməlidir. Ancaq atamı narahat etməmək üçün hələ ki götürülməyəcək. Ona görə də bir neçə gündür dəqiq diaqnoz ləngiyir. Maraqlanan hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, Aftandil İsrafilov dekabrın 2-i axşam saatlarında təcili xəstəxanaya yerləşdirilib. Onun xanımı Zemfira İsrafilova Lent.az-a bildirdiyi məlumata görə, ifaçının təzyiqi həddən artıq çoxdur, ayaqlarına və ciyərlərinə su yığılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-12-2022, 17:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər