Xəstəxanaya aparılan məşhur qəzəlxandan ÜZÜCÜ XƏBƏR - FOTO
M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicə olunan məşhur qəzəlxanın qaraciyərində də problem aşkarlanıb.
Bunu səhhətində ciddi problemlər yaranan tanınmış qəzəlxan Mahir Cürət Yenicag.az-a açıqlamasında deyib.
O, səhhətinin yaxşılaşmağa doğru getdiyi bir ərəfədə daha bir xəstəliyin aşkarlanması səbəbindən yenidən müayinə olunacağını bildirib:
“Hazırda xəstəxanadayam, mənə qan köçürülür, sistemlər vurulur. Həkimlər sağalmağım üçün əllərindən gələni edirlər... Səhhətimdə irəliləyişlər hiss edirdim, ayağımdakı şişlər getdikcə çəkilirdi. Amma qaraciyərimdə fəsadların aşkarlanması durumu dəyişdi. Həkimlər bildirirlər ki, buna görə də ciddi müayinə olunmalıyam. Tam müayinələrdən sonra xəstəliyin diaqnozu qoyulacaq. İndiyə qədər bu orqandan şikayətim olmamışdı. Həkimlərin sözlərinə görə, qaraciyərdə xəstəlik olarkən əvvəlcə ağrılar olmur, son mərhələdə ağrılar özünü göstərir. Bütün xəstəliklərim bir-birinə qarışıb”.
Qeyd edək ki, Mahir Cürət bir həftədən artıqdır ki, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicə olunur.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-12-2022, 17:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər