Yaşar Nurinin qızı: Bayağı mahnılar efirlərdən yığışdırılsın!
Bir müddət əvvəl Prezident İlham Əliyev mədəniyyət naziri ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Anar Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilib.
Anar Kərimov vəzifədən uzaqlaşdırıldıqdan sonra yeni nazirin kim olacağı ilə bağlı müxtəlif versiyalar səsləndirilib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Yaşar Nurinin qızı, müğənni Ülkər Yaşarqızı yeni nazirdən bəzi gözləntilərinin olduğunu bildirib.
İfaçı yeni nazirin mədəniyyət sahəsində bir sıra dəyişikliklər etməsinin vacibliyini vurğulayıb:
“Mən istəyərdim ki, azərbaycanda əsl musiqiyə, əsl kinoya, teatra daha çox yer verilsin. Bayağı musiqilər efirlərdən yığışdırılsın. İstəyirəm ki, əsl sənət formalaşsın, əvvəllər olduğu kimi zövqlü işlər təqdim edilsin. Hər dəfə efirlərdə eyni müğənniləri görmək, eyni, bayağı ifaları eşitmək artıq insanları yorub. Yeni nazirin gəlişi ilə əsl sənətə geniş yer verilsə çox yaxşı olar. Mənim fikrimcə, ekranlarda hər gün gördüyümüz şou xarakterli verilişlərin yerinə maarifləndirici verilişlər göstərilməlidir. Milli kinomuz, teatrımız barədə maraqlı proqramlar hazırlanmalıdır. Gənc nəsil keçmiş korifeyləri, əsl sənətkarları, onların işlərini tanımalıdır. İnsanlar telekanallarda əsl sənət, səs, performans nədir, onu görməlidir. Yeni nazirin kim olacağı barədə nə isə deyə bilmərəm, amma istəyirəm ki, incəsənətdən başı çıxan, mədəniyyətdən anlayan biri mədəniyyət nazirimiz olsun. Mədəniyyət naziri postunu tutan şəxs Azərbaycan mədəniyyətini, tarixini dərindən bilən biri olmalıdır. Allahdan xeyirlisi, nazirin kim olacağının fərqi yoxdur, əsas olan odur ki, mədəniyyətimiz inkişaf etsin”.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-12-2022, 18:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər