Ramiz Novruzun ən çox xəcalət çəkdiyi rolu hansı idi? - Bir ulduz axdı
Onunla bir neçə il öncə təsadüfən alternativ tibb xidmətləri təqdim edən mərkəzlərdən birində görüşmüşdük. Belinə zəli yapışdıracaqdılar, tibb bacısının verdiyi ağ mələfəyə bürünmüşdü, öz dili ilə desək Həcc mərasimini yerinə yetirən zəvvara oxşayırdı. Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Beynəlxalq Teatr festivallarının mükafatçısı Ramiz Novruzdan danışıram.
Ağrıyırdı, amma hey gülüb danışır, zarafatından qalmırdı. Kənardan çox sərt görkəmi olsa da, əslində baməzə söhbətləri olan idi. Elə mənimlə də ciddiyyətə girmədən şən danışdı. Hal xəbər soruşdum, “gəlib arada yazarsan, sənin qələmin yaxşıdır” dedi.
- Əşşi, öz dərd-sərimdən yazmışam, özüm yazıb, özüm ağlayıram.
- O necə olur Ramiz müəllim?
- Vallah, evlə bağlı yuxarılara çox təsirli bir məktub yazmışdım. Baxanın ağlamağı gələrdi, oxuyub özüm ağladım, sonra yazığım gəldi yuxarıdakılara, ağlamasınlar deyə göndərmədim.
Bu sözü dedi, özü, ətrafdakı tibb bacıları və mən qəhqəhə çəkdik.
Xəstəliyə tutulandan sonra bir neçə dəfə zəng edib görüşmək istəsəm də, “özümə bir az gəlim, belə heç kimlə qarşılaşmaq istəmirəm” deyirdi. Beləcə o görüş bu günə, sabaha qala-qala baş tutmadı.
“Xəstəliyinin verdiyi əsəblə bəlkə kimlərinsə qəlbini qırmış ola bilərəm, məni bağışlasınlar” demişdi bir dəfə mənə. Halallaşırdımı, canındakını bilirdimi? Kim bilir... Üzdə elə hamını inandırırdı ki, çox yaxşıdır.
Tamaşalirla yanaşı filmlərdə də çəkilirdi. "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov və s. rollara çəkilib. H.Cavidin "Topal Teymur" (Divanbəy), L.Tolstoyun "Kreyser sonatası" (Musiqi müəllimi), V.Şekspirin "Antoni və Kleopatra" (Antonio), O. Kamalın "Dodaqdan qəlbə" (Kənan bəy), "Yad qızı" (Nihad) və s. maraqlı rollar oynamışdı. Amma bir rol vardı ki, taleyində xüsusi rolu olmuşdu.
Onu Ramiz Novruzdan çox Həzi Aslanov kimi tanıyırdı çoxları. “Sizi dünyalar qədər sevirdim” filmindəki general Həzi Aslanov obrazı ona şöhrət və sevgi gətirdi. Müsahibələrindən birində demişdi ki, çox konservativ adam olan atası yalnız bu roldakı ifasını görəndən sonra Ramizin aktyor olması ilə barışıb. Oğlunu hərbiçi kimi görmək istəyirmiş. Həzi Aslanov rolu onun vizit kartına çevrilmişdi. Bu filmdən sonra hətta Həzi Aslanovun oğulları Arif və Tofiq da onu ailələrindən biri hesab edirlərmiş.
Onu da qeyd edək ki, bu film SSRİ dövründə ən çox gəlir gətirən ekran əsəri idi.
Hər rola girişməzdi. Hətta, bəzi rollarına görə utandığını, çəkilmək istəməyib məcbur qaldığını demişdi müsahibələrindən birində.
“Hətta bir rol var ki, adı gələndə xəcalət çəkirəm: “Dodaqdan qəlbə” tamaşasına görə. Bir neçə dəfə imtina etdim. Lütfi Məmmədbəyov israr etdi”.
Bir dəfə Astarada müəllifi olduğu “Hələ sevirəm deməmişdilər” tamaşasını təqdim edərkən, Səməndər Rzayevin oğlu Rəşid Səməndər xəstə olduğundan onun oynadığı erməni obrazını məcbur olub özü ifa etməli olub. “Səhnəyə çıxanda hamı mənə əl çaldı. Çünki məni Həzi Aslanov kimi bilirdilər oranın camaatı. Oynamağa başlayanda gördüm ki, hamı mənə nifrətlə baxır. Hərə bir cür etiraz edir. Sonda zalın az qala yarısını tutan gül-çiçəkdən bir dənəsini də mənə vermədilər”,- deyə xatırlayır səhnəmizin Həzisi. Həzi rolundan sonra onu erməni rolunda qəbul etmirdilər.
67 yaşında köçünü çəkdi bu dünyadan. Hələ çox obrazlar yarada bilərdi. Amansız xəstəlik zaman vermədi. Özü getsə də, maraqlı, rəngarəng obrazları ilə unudulmayacaq, ürəklərdə yaşayacaq Ramiz Novruz. Beləcə Azərbaycan göylərindən bir ulduz da axdı.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-02-2023, 10:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər