reklam
Regionxeberlericom.az » Mədəniyyət » Nazirlikdən Ramiz Novruzun dəfni ilə bağlı narazılıqlara RƏSMİ CAVAB

reklam

Nazirlikdən Ramiz Novruzun dəfni ilə bağlı narazılıqlara RƏSMİ CAVAB


Sosial şəbəkələrdə Xalq artisti Ramiz Novruzun dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələrinin iştirak etməməsi ilə bağlı iddialar dolaşır.  

Nazirlik bu barədə sorğunu cavablandırıb.

Bildirilib ki,  Mədəniyyət Nazirliyinin rəhbərliyi tərəfindən Xalq artistinin dəfn mərasimi ilə bağlı dərhal tapşırıq verilib:

“Tapşırığa əsasən, nazirliyin Aparat rəhbəri Vüqar Məmmədov, Teatr sektorunun müdiri Könül Cəfərova, Musiqi sektorunun müdiri Vüqar Hümbətov, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin məsul əməkdaşı Cəfər Həsənov vida və dəfn mərasimində iştirak edib.

Eyni zamanda Mədəniyyət Nazirliyi mərhum xalq artistinin dəfn yeri ilə bağlı müraciətə dərhal reaksiya verərək yerin ayrılmasını təmin edib.

Bundan başqa, ailəsi ilə mütəmadi əlaqə yaradılaraq, məsələ diqqətdə saxlanılır”.

 




Paylaş:


Müəllif : Tarix:
22-02-2023, 17:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər