reklam
Regionxeberlericom.az » Mədəniyyət » “Onları o qədər gözümüzə soxurlar ki...” – Müğənni “bozbaş”lardan danışdı

reklam

“Onları o qədər gözümüzə soxurlar ki...” – Müğənni “bozbaş”lardan danışdı















Sənətçilərə görə son illər musiqi sahəsində ciddi böhran, qarşısıalınmaz problem yaranmağa başlayıb. Bu, o həddə çatıb ki, hər yerdə bayağı mahnılar səslənir. Təbii ki, bu da narahatlıq SOS-u verməyə zəmin yaradır. 

Artıq hər gün gənclər, hətta azyaşlı uşaqlar sosial şəbəkələrdə bu cür musiqilərin sədaları altında oynadıqları videoları paylaşırlar.

Mövzu ilə bağlı danışan Əməkdar artist Gülüstan Əliyeva deyib ki, bayağı musiqilərin artmasının səbəbi onun təbliği ilə bağlıdır:

“Zövq elə bir şeydir ki, hər insanda fərqli və özünəməxsusdur. Hərənin bir zövqü var, heç kimi nəyəsə məcbur etmək olmur. Bu gün “bayağı” adlandırılan mahnılar daha çox dinlənilirsə, deməli insanların zövqü korlanıb, insanların musiqi duyumu aşağı düşüb...

İkincisi, bu gün deyirlər ki, filan mahnı 3-5 milyon, yaxud 1 milyard insan tərəfindən dinlənilib və s. Bunu süni şəkildə artırmaq mümkündür. Çünki bu gün sosial şəbəkələr o qədər hər yeri ələ alıb ki, biz də o elektron axınına qoşulmağa məcbur oluruq. Həmin elektron axınının içərisində yaxşılarla bərabər pislər də var. Onların içərisində bizim musiqiyə yad olan, “bayağı”, “bozbaş” adlandırılan mahnılar da var. Sözügedən mahnılar sosial şəbəkələr vasitəsilə insanların qulağına, ürəyinə yol tapır. Onlar hardan imkan tapsalar oradan da insanların qulağına girirlər”.

G. Əliyeva əlavə edib ki, sözügedən bayağılığı təbliğ etmək üçün sosial şəbəkələrdən “silah” kimi istifadə olunur: 

"Bu gün hər şey reklama bağlıdır. Pis mahnını "raskrutka" etmək imkanında olan adamlar daha çoxdur. Bir mahnını o qədər reklam edirlər ki, artıq o mahnı istər-istəməz insanların beynində özünə yer edir.

Bir dəfə mərhum Xalq artistimiz, dəyərli sənətkarımız Habil Əliyev söhbət əsnasında maraqlı bir bənzətmə etdi. Dedi ki, bayağı mahnılar qapının ağzına gələn pişiyə bənzəyir. Qapına gəlir, sənin də yazığın gəlir, bir dəfə içəri salırsan, bir qab yemək verirsən, səhər durub görürsən ki, yenə qapına gəlib. Növbəti gün uşağın götürüb pişiyi içəri gətirir, nə qədər apar at çölə desən də aparmır, artıq pişiyi evdə görməyə o qədər alışırsan ki, bir gün pişiyi görməyəndə gözün onu axtarır.

Bayağı musiqilər məhz belədir. O qədər onları qulağımıza, gözümüzə soxurlar ki, istər-istəməz beynimizdə avtomatik olaraq yer edir. Savadsız, musiqidən xəbəri olmayan qara camaat, kütlə var ki, onlar da bu musiqilərə qulaq asırlar və haranı açırlar qarşılarına həmin mahnı çıxır. İnsanlar da düşünür ki, yəqin bu yaxşıdır, ona görə haranı açırıqsa, qarşımıza çıxır. Daha bilmir ki, o mahnını oxuyan, mahnıya çəkdiyi xərc qədər də reklama pul qoyub ki, mahnı sosial şəbəkələrdə sənin, mənim qarşıma çıxsın. Bu, sosial şəbəkələrin iş prinsipidir, onlar reklamdan pul qazanırlar, insanlar isə bunu anlamır. Düşünürlər ki, mahnı yaxşıdır. Bayağı mahnıların bu qədər yayılmasına səbəb budur”.





Paylaş:


Müəllif : Tarix:
8-04-2023, 14:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər