Əbülfəs Qarayevə AÇIQ MƏKTUB - Teatra və istedada ögey münasibət olmamalıdır
Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevə açıq məktub yazmada məqsədimiz ölkəmizin mədəniyyət və teatr aləmində baş verən özbaşınalıqları xatırlatmaqdır. Prezident İlham Əliyev məmur özbaşınalığı barədə dəfələrlə özünün sərt münasibətini bildirib. O da bəllidir ki, görkəmli şairlər Ramiz Rövşən, Musa Yaqub və Vahid Əzizə xalq şairi adının verilməsi bir daha sübut etdi ki, artıq heç bir iş görməyən və sadəcə yaltaqlıq sayəsində uca zirvələrdə yer tutmaq istəyənlərə “isti münasibət” göstərilməyəcək. Belə bir iradənin nümayiş etdirilməsi ölkəmizdə baş verən reformların humanitar sahəyə verilən dəyərdir.
İstedadların üzünə bağlanan “meşin qapılar”
Cənab Əbülfəs Qarayev!
Bu sözləri bird aha xatırlatmağı özümüzə borc bilirik. “Bir çox məsələləri mediadan öyrənirəm və dərhal reaksiya verirəm”, - bunu ölkə başçısı möhtərəm İlham Əliyev tele-kanallardan birinə verdiyi müsahibəsində deyib.
Yuxarıdakı kəlamların xatırlanması təsadüfi deyildir və yəqin ki, şərhə ehtiyac yoxdur. Bu yazımızı yazmağın səbəbi haqqında yəqin ki, xəbəriniz var. Çünki tam bir ildir ki,“haqq incəlir və üzülmək dərəcəsinə çatır”... Mövzu, əlbəttə ki, inkişaf dövrü yaşamayan və qapısı gənc rejissorların üzünə bərk-bərk bağlı olan, uşaqlar üçün keçirilən bayram şənlikləri və tamaşalarla daha çox yadda qalan mono-rejissor “stilli” Akademik Milli Dram Teatrıdır. Mehdi Məmmədovlar, Tofiq Kazımovlar, Ədil İskəndərovlar yetirən xalq,təbii ki, Hökumə Qurbanovalar, Ələsgər Ələkbərovlar, Həsən Turabovlar... da yetirib və yetirmək iqtidarındadır : necə deyərlər “su gələn arxa bir də gələr”.
Problem nədədir? Açıq danışaq: hüquqi dildə “işəgötürən” adlandırılan “balaca padşah”ların şəxsi ambisiyalarında, yəni yüksək mənada incəsənətin - teatr sənətinin varlığını şəxsi ambisiyalara qurban verənlərdə: Həyatda, hətta səhnədə istedadlı-istedadsız insanlar həmişə olub. Səhnə üçün yarananlar içərisində səhnəni tərk edənlər və ya buna təhrik edilənlər bu günə kimi tarixi “təəccübləndirməyib”. Amma Akademik Milli Dram Teatrının səhnəsi artıq ƏDALƏTSİZliklə üz-üzədir; Əlbəttə yuxarıda adları çəkilən mərhum sənətkarların da, söz yox ki, şəxsi iddiaları yox deyildi.
Bir əmrlə düşmən olduğu aktyoru işdən azad edib, növbəti əmrlə ona tarixi şəxsiyyət obrazını tapşıran və “Başqası varmı?” deyən əfsanəvi Ədil İskəndərovu xatırlayaq: onlar üçün SƏHNƏ müqəddəs idi. Bu gün Azərbaycan səhnəsində istedadlı insanlara “qapını göstərənlər”dən çox seçilirdilər. Çünki cılızlıq onlara yad idi. “Azdrama”da “soyqırım”ın xarakteri o biri teatrlara nisbətən fərqlidir: burada yaşlılara böyük hörmət –izzət var. Ana Məbəddə direktorun “tı ne moy aktyor” deyib özünün qara siyahısına saldığı aktyorlar–yəni işini səbəbsiz itirənlər həm də Nemətovun tələbəsi olmaq şərəfinə nail olmayanlardır.
Azərpaşa Nemətov gənc istedadları nə üçün sevmir?
Cənab nazir!
Heç şübhəsiz, bu faktlardan Siz də xəbərsiz deyilsiniz və düşünürəm ki, vaxtımı sərf edib bu müraciəti hazırlamaqla kəşf etmədim. Azərbaycan səhnəsinin maraqlarını şəxsi marağından aşağı tutan Azərpaşa Nemətovun haqsızlığına etiraz edən mərhum xalq artisti Fuad Poladov bu teatrı (və bu dünyanı) əbədi olaraq tərk etdi və “Azdrama” daha bir itkiyə məruz qaldı. Amma Ana Məbədin itkiləri bununla tamamlanmadı. Respublikanın əməkdar artisti, ”Ən yaxşı kişi rolunun ifaçısı (Ukraynanın Dneprodzerjinsk şəhəri, 2011) İlham Hüseynova “Sən kimsən? Səni tanımıram və səni burada görmürəm” “əsası ilə” “öz xahişi ilə” ərizə yazdırılanda o, hələ “proqul” etməmişdi. Bir il ərzində aktyorun xəstəliyinə görə “müqəddəs” arzusuna çata bilməyən A.Nemətov onu “10 günlük proqul” kimi gülünc bəhanə ilə işdən çıxarır və bundan ötrü anlaşılmaz Həmkarlar İttifaqı təşkilatının 3-5 nəfərdən ibarət legitim olmayan qondarma “iclasını” “çağırır”(Təəssüf ki, xalq artisti və bir çox titulları olan A.Nemətov bilmir ki, HİK bütün dünyada işçinin hüquqları uğrunda işəgötürənlə mübarizə üçün yaranmış təşkilatdır, cəza aləti deyildir). Buna nə ad vermək olar? Axı hamıya bəllidir ki, aktyor teatra (hər halda “Azdrama”da daxili intizam qaydaları belədir) məşqi və ya tamaşası olanda gəlir. İndi tamaşalarda məşğul olmayan və aylarla oraya ayağı dəyməyən aktyorlar qarşısında bu nə deməkdir? A.Nemətovsa “qapını göstərmək”dən yorulmur.
Akademik Milli Dram Teatrının direktoru 3-cü dərəcəli əlliliyi olan bir əməkdar artisti (İ.Hüseynov) tam səbəbsiz olaraq işdən çıxarır, digərini isə (Hicran Nəsirova) prezident mükafatından məhrum edir. (Bu barədə “A.Nemətova açıq məktub”, “Aldanmış kəvakib”, “Yorulmuş atları güllələyirlər” və s. məqalələrdə dəfələrlə yazılıb). Halbuki 2018-ci ildə vəfat edən N.Karaçintsev 13 il ərzində əlil arabasında olduğu müddətdə qanunpərəst ruslar tərəfindən “Lenkom Teatrı”nın əmək haqqına layiq görülmüş və onun teatra yalnız mövsüm açılışında gəlməsinə icazə verilmişdi.. Budur sənətə və sənətkara verilən qiymət. Nemətovsa xəstəlik müddətində səhnəyə çıxıb oynamaq iqtidarında olan əlili səbəbsiz antipatiyası əsasında “yararsız” adı ilə işdən çıxarır.
Etik qaydaları bilməyən məmur-rejissor
Heç kimə sirr deyil ki, teatrların kassaları qarşısında uzun növbə yoxdur: (heç qısası da yoxdur) və belə getsə aktyorların ardınca teatrların kassalarında cüzi əmək haqqı müqabilində çalışanlara “qapını göstərəcəklər”.
Bu günlərdə Gənc Tamaşaçılar Teatrının qocaman və xalqın sevgisini qazanmış aktyorlarının ştatdan uzaqlaşdırılması müqabilində “Bu böyük ədalətsizlikdir” deyən professor İlham Rəhimli bunları söylədi: “Dünyanın heç bir teatrında aktyoru, ya rejissoru yaşının çoxluğuna görə işdən çıxarmırlar. Çünki teatrda (eləcə də həkimlərdə, müəllimlərdə, ifaçılarda, rəssamlarda, elmi işçilərdə) əsas meyar istedad və işgüzarlıq qabiliyyətidir. Hansısa aktyor 30-40 yaşında da teatra yararsız ola bilər. Yaxud əksinə, hansısa aktyor 80-90 yaşında teatr üçün səmərə verə bilər... Gəlin unutmayaq ki, yaşlı-lakin yaradıcılığı teatra uğur gətirən aktyorun səsinin səhnədən gəlməsi mənsub olduğu sənət ocağının illər boyu formalaşan ənənəsinin layiqli davamı deməkdir. Çox-çox təəssüflər olsun ki, son illər Azərbaycan aktyorları yaş senzi ilə (65) teatrdan uzaqlaşdırılmadı olurlar. Bu teatrlara qarşı ağlagəlməz məntiqə sığmayan münasibətdir. Adını da qoyurlar ki, təqaüdə çıxan aktyor gəlib müqavilə ilə oynaya bilər. Belə düşünənlər unudurlar ki, aktyorun teatrın ştatında olmaması balığın sudan çıxarılıb yarısına qədər su tökülmüş çəlləkdə yaşamağa məhkum edilməsinə bənzəyir.
Etik normaları addımbaşı pozan və Azərbaycan Teatr Xadimləri İttifaqının sədri olmaqla, eyni zamanda Dövlət Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri kimi fəaliyyətində öz “sevimli”lərini xüsusi nəvazişlə əzizləyən, qarşısı boş qalan kassalarla bağlı heç bir irəliləyişə nail olmayan Azərpaşa Nemətovla əmək müqaviləsi işdə yol verdiyi ədalətsizliklərdən və nöqsanlardan sonra daha 1 il müddətinə uzadılandan sonra bu müraciət barədə düşündüm.
“Kərəmov dedi, qurtardı” dilemması
Hörmətli Əbülfəz müəllim!
Təəssüf ki, rəhbərlik etdiyiniz nazirlik aparatında bu sahəyə bilavasitə rəhbərlik edən İsmayıl Hüseynov kimi məmurlar oraya pənah gətirən şikayətçiyə çəkinmədən ərz edirlər ki, “Nemətov istəməsə orada çalışmaq zordur” (şərhsiz)…
Sözümü görkəmli dramaturq Ə.Haqverdiyevin fikirləri ilə tamamlayıram:
“Dünyada insaniyyətə, millətə və mədəniyyətə ən böyük xidmətlərdən biri artistlikdir. Artist üzünü unlayıb, acı həqiqətləri sənətin şəkəri ilə şirinləşdirib camaata yedirdir. Bu cəhətdən artistliyin yolları nə qədər ağır və tikanlı olsa da, qiymətlidir; çünki nəticəsi parlaqdır”.
Bu səbəbdən də bir qrup sənətsevər ölkə başçısına müraciət etmək istəyi ilə hələlik səbrlə sizin iradə nümayiş etdirəcəyinizə inanır. Təbii ki, Haqverdiyevin nəzərdə tutduğu parlaq nəticə-teatr kassalarının qarşısında bilet üçün növbəyə duranların sıx sıralarından bəlli olur; ölkə rəhbərinin – ölkənin birinci xanımının adına teleqram vurmaq üçün imza toplayanların və teatrlar qarşısında etiraz əlaməti olaraq toplaşanların sıralarından yox. “Azərbaycan teatrının dəyərlərini qorumağı bacarmayanların ədalətsizlik toxumları səpilmiş yolu isə uzanmaqdadar:amma uzun yolu eninə də keçmək olar (Kamal Abdulla)...”
Nəcibə İlkin,
AYB-nin, AJB-nin üzvü, şair-publisist,
prezident mükafatçısı
hurriyyet.org
Paylaş:
Müəllif : Yazar
Tarix:15-08-2019, 17:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-08-2019, 17:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24