reklam
Regionxeberlericom.az » Mədəniyyət » Aparıcılar müğənniləri niyə aşağılayır? - “Asılacağımız olduğuna görə susuruq”

reklam

Aparıcılar müğənniləri niyə aşağılayır? - “Asılacağımız olduğuna görə susuruq”















Müğənni Günay İbrahimli bir neçə gün öncə verilişlərə qatılmamağının səbəbini açıqlayıb. Sənətçi proqramları bəyənmədiyini deyib. O bildirib ki, az sayda verilişə qatılır: 

“Efirə çıxmamağımın səbəbi bir çox verilişləri bəyənməməyimdir. Verilişlərdən qaçmıram. Yeni mahnı təqdim edəndə gedirəm. Amma istədiyim tərzdə olan verilişlərin sayı çox azdır. Sosial verilişlər çoxluq təşkil edir. Verilişlərdə müğənniyə hörmətsizlik edirlər. Psixoloq, həkim çağırırlar. Veriliş boyu psixoloq və həkim danışır, müğənniyə isə söz verilmir. O, yalnız verilişdə bir mahnısını oxuyur. Düşünürəm ki, bu, etik olaraq doğru deyil. Müğənniyə də onun sənəti, karyerası, görəcəyi işlərlə bağlı suallar verilməlidir”. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı bildirib ki, müğənnillər efirə gəldiklərinə görə qonorar almalıdırlar:

“Bir vaxtlar Xatirə İslam müğənnilərə efirə gəldiklərinə görə pul verilməlidir deyəndə hamı onu tənqid etdi, dediyi olmadı. Əslində, bu mövzuda Xatirə xanım çox düzgün danışmışdı, efirlər dəvət etdiyi qonağa pul verməlidir, çünki telekanallar yetərincə pul qazanırlar. Bütün ölkələrdə bu təcrübə olduğu kimi, düşünürəm ki, bizdə də olmalıdır. Niyə də olmasın? Müğənni bir efirə çıxmaq üçün yeni geyim alır, salona gedib makiyaj etdirir, saçını düzəldir, müəyyən məbləğdə qonorar olarsa, bu həmin sənətçi üçün də motivasiya olar. 

Sadəcə biz müğənnilərdə birlik yoxdur, hamı sözü bir yerə qoymadığına görə, bu təkliflərin heç biri həyata keçmədi. 

Bizim telekanallarımız da əzəldən bu cür ödənişsiz qonaq çağırıblar deyə bu formata keçmək istəmirlər, bundan sonra heç keçmək fikirləri də yoxdur. Bir veriliş musiqisiz, müğənnisiz olacaqsa, həmin veriliş çox maraqsız olacaq. Bunu hər verilişə şamil etmirəm, amma çoxsu belədir. Mənim bütün telekanallara hörmətim var. Onların əlindən çox şey gəlir, istəsələr səni bir dəqiqənin içində həm rüsvay edə, həm də ulduz edə bilərlər. Bəzi mövzularda kanallardan asılacağımız olduğuna görə bəzən susuruq”. 

Sənətçi məşhurların artıq efirlərə tez-tez çıxmaq istəməməsinin səbəbini də açıqlayıb: 

“Hazırda bizim özümüzün də sosial şəbəkələrdə kanallarımız olduğuna görə, müğənnilər efirlərdə əvvəlki kimi tez-tez görünmür. Biz əvvəllər telekanallara çıxırdıq ki, insanların yadından çıxmayaq, gündəmdə olaq, lakin indi bunu özümüz sosial şəbəkələrdə edə bilirik, yeni işlərimizi, kliplərimizi izləyicilərimizlə sosial şəbəkələrdə bölüşürük. İndi kütlənin böyük hissəsi televiziyaya yox, sosial şəbəkələrə baxır və orada vaxt keçirir. İnsanlar sosial şəbəkələrdən qısa xəbərləri izləməyi daha çox sevirlər, nəinki saatlarla televiziya qarşısında oturmağı. 

Bu gün sən efirə çıxırsan, onlar isə efir vaxtı sponsorlarını reklam edirlər, yaxud bir həkimi çağırıb onu reklam edirlər, bunlar hamısı reallıqdır. Bu mövzuda Günay İbrahimli ilə tam razıyam, çox düzgün qeyd edib. Əvvəllər efirə çıxırdıq ki, bizə toy gəlsin, indi öz sosial şəbəkə hesabınla bunu edə bilirsən. Hətta sosial şəbəkələrdən öz reklamını əldə edə bilirsən. Şəxsən mən özüm də “İnstagram”, “TikTok”, “Facebook” səhifəmdə reklam götürürəm. Reklamlar artıq mənim özümə gəlir. Artıq şirkətlər də bizə reklam vermək istəyirlər, çünki məhsullarını biz reklam edəndə daha çox effekt görürlər, həm də daha münasib qiymətlə məhsulu reklam etdirə bilirlər, çünki kanallarda reklam çox bahadır”. 




Paylaş:


Müəllif : Tarix:
13-04-2023, 17:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər