reklam
Regionxeberlericom.az » Mədəniyyət » Nadir Qafarzadə boşanmalardan danışdı: “Guya mənim ailəmdə hər şey əladır?!”

reklam

Nadir Qafarzadə boşanmalardan danışdı: “Guya mənim ailəmdə hər şey əladır?!”















Müğənni Nadir Qafarzadənin "Səhər mərkəzi” proqramında qonaq olarkən, boşanmalarla bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanamyıb. 

Qeyd edək ki, ifaçı ahıl yaşda boşanan insanları tənqid edib: "Ahıl yaşda boşanırlar, sonra da deyirlər ki, insan həyatını yaşamalıdır. Həyatın bitib, nə yaşamaq? Sevginin də həddi var". 

Statistikaya nəzər yetirsək, boşanma hallarının sayının ötən illərə nisbətən artdığını görə bilərik. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Nadir Qafarzadə açıqlamasında deyib ki, bizim xalq harda pis varsa, onu özünə nümunə götürür:

“Əvvəllər insanlar “qonşudan dala qalma” prinsipi ilə yaxşı şeylərlə bəhsə girərdilər. Məsələn, biri özünə təzə maşın, ev alan zaman, digəri düşünərdi ki, mənim ondan nəyim əksikdi? Mən də çalışım-vuruşum özümə ev alım. Yaxud insanlar düşünürdülər ki, filankəsin uşağı ali məktəbə qəbul olub, elə mən də öz uşağımın üzərində durum, onu oxudum, o da ali təhsil sahibi olsun. İndiki zəmanədə də deyirlər ki, filankəs boşandı, mən niyə boşanmayım? Boşanmalar artıq dəb halını alıb. Düşünürəm ki, bəzi insanlar elə kefindən boşanır. Biz boşanma hallarına baxsaq heç birində maksimum səbəblər görmərik. Elələri də var ki, 2 ay evli qalır, sonra da çıxıb deyir ki, xasiyyətimiz uyğunlaşmadı, boşandıq. Heç elə şey olar? Camaat heç 1-2 ilə xasiyyətlərə adaptasiya ola bilmir, qaldı ki, 2 ay... Ailə oyuncaq deyil. Amma buna baxmayaraq, camaat ailə qurmağa oyuncaq kimi baxır. Çox təəssüf edirəm. Ona qalsa, hamının həyatında problemləri var. Çətinliklər onlara dözmək üçündür, nəinki boşanmaq üçün. Bəs insanlar evlənən zaman niyə bir-birinə söz verir ki, çətin və yaxşı günlərində daim yanındayam? Çətinliyə dözməyən insanlar adətən, evliliyin necə də müqəddəs olduğun dərk etmirlər. Ailədən çox şey asılıdır. Uşaqlar ailəsində nəyi görürsə, onu da götürür. Boşananların bəziləri də yəqin ailəsindən belə görüb. Guya mənim ailəmdə hər şey əladır?! Elə bir ailə yoxdur. Heç nə asanlıqla əldə edilmir. Ailədir, nəsə ola da bilər, olmaya da bilər. Ailə müqaviləsi deyilən bir şey yoxdur ki, kefinə düşəndə deyəsən ki, səndən boşanıram. Bir daha deyirəm ailə oyuncaq deyil”. 




Paylaş:


Müəllif : Tarix:
20-04-2023, 14:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər